Bu kitab XIII əsrin sonu və ən gec XIV əsrin ortalarında yazıya alındığı ehtimal olunan qıpçaq əsəri “Codex Cumanicus” və onun leksikasına həsr edilmişdir. Kitabda “Codex Cumanicus”un dilində işlənmiş leksik vahidlər tarixi dilçilik prizmasından təhlil edilir, milli leksikanın nisbəti müəyyən edilir, alınma sözlərin qıpçaq dilinə keçdiyi dövrlər və dilə gəlmə səbəblərinə toxunulur. Həmçinin “Codex Cumanicus”da kuman lüğətinin tematik bölgüsü verilir, dini leksika, dini məna yüklənmiş milli sözlər, kumanların məişət həyatında xəzərlərin izləri, qədim türk inanclarının dildə qalıqları kimi məsələlər tədqiqata cəlb edilir. Eyni zamanda kuman dilində söz yaradıcılığı müxtəlif aspektlərdən işıqlandırılır.