Dahi Gönderileri

Dahi kitaplarını, Dahi sözleri ve alıntılarını, Dahi yazarlarını, Dahi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
852 syf.
·
Puan vermedi
Dahi və dahilik anlayışı nədir? Əslində yazıçı burda bu adı kinayə ilə seçmişdir. Yucin Vitla obrazında biz dahiliyin tam əksini görmüş olsaq da əslində obraz olaraq çox bəyənirəm. Səbəbi isə bir çox ortaq cəhətlərimizin olmağıdır. Sadə bir misal;Yucin sırf evlənmək üçün evlənmək istəmir, o qarşı cinsdə hər şeyin daha gözəlin axtarır və həyatında olan hər qadında sadəcə bunların hamsı da olmasa bir neçəsini tapdığı üçün müəyyən zamanı onunla keçirir. Bu da təbii ki, Yucinə yetmədiyi üçün yarım buraxmış olurdu. İncəsənət insanları üçün sevginin adi olmadığı və necə əlçatmaz bir zirvə olduğu bu əsərdə Yucin obrazı ilə öz təsdiqini tapmış olur. Sevdiyim əsərlər sırasının öndəgedənlərindəndir:)
Dahi
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2019169 okunma
İnsanın arzuları başqa, onun bu arzuları həyata keçirə bilməsi isə tamamilə başqa şeydir. Birincidə tam məğlubiyyət, o birində isə parlaq qalibiyyət.
Reklam
Məgər biz zövq almaq üçün deyil, özümüzə məzəmmətlərlə əziyyət vermək üçün yaşayırıq?
Həyat məhz belə olmalıdır - sağlamlıq, qüvvə, xeyirxahlıq, qarşılıqlı anlam və sadə, səmimi münasibət.
Təbiətin özündə xudbinlik, riyakarlıq, dağıdıcı qüvvələr və vəfasızlıq hökm sürdüyü halda insan ölənə kimi sadiq qalacağına necə and içər və sözünün üstündə dura bilər?
Heç kəs bir şey bilmir, o cümlədən dünyanı yaradan da. Qarşılıqlı düşmənçilik, ölümlə qidalanan həyat, açıq zorakılıq - insanın yaşayışı bundan ibarətdir. Əgər insan əldən düşüb yol kənarında yıxılmışsa, əgər bəxtin qayğıkeş qanadları altında doğulmamışsa, onu yaşamaq deyil, sürünmək gözləyir.
Reklam
Dünyada nə qədər riyakarlıq vardır. Zahirin nə qədər aldadıcı olduğuna hətta adamın gülməyi gəlir.
İnsan ən çox pislik etdiyi adama ürəkdən nifrət etmək kimi bir xoşbəxt qabiliyyətə malikdir.
Sayfa 784Kitabı okudu
İzdivac,ancaq onun üçün müqəddəs və pozulmaz hesab edilmişdir ki,öz nəslini tərbiyə etmək üçün insana çox vaxt lazımdır.
Sayfa 772Kitabı okudu
Geri146
469 öğeden 461 ile 469 arasındakiler gösteriliyor.