Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dahi Sözleri ve Alıntıları

Dahi sözleri ve alıntılarını, Dahi kitap alıntılarını, Dahi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
–Düşün, düşün! Düşünməkdən nə fayda! Mənim işim elə düşünmək olmuşdur. Mən o qədər düşünmüşəm ki, bütün qəlbim sızıldayır.
O artıq həyatın xırda çətinliklərindən qorxmurdu, onun qayığını fırtınalar uzun müddət didib dağıtdığından, balaca tufanlar nə hazırda, nə də gələcəkdə onu qorxutmurdu.
Reklam
Dünyada, ümumiyyətlə, nə qədər riyakarlıq vardır. Zahirin nə qədər aldadıcı olduğuna hətta adamın gülməyi gəlir.
Yucin müvəffəqiyyət və uğursuzluğun metafizik cəhətini unutmuşdu, bəlkə də, bu barədə heç nə bilmirdi. O bilmirdi ki, "insan özü barəsində nə düşünürsə, elədir ki var" və bütün dünya da onu bu cür düşünür, çünki əsas cəhət onun həqiqətdə nə cür olduğunda deyil, özünü nə cür təsəvvür etməsindədir.
Hər il ad günüm yaxınlaşanda bu düşüncə özünü ön plana çıxarır)
Nə qədər kədərli olsa da, qocalırıq, – deyə o düşündü, – mənim üçün həyatın mahiyyəti olan şey, indi ancaq xatirələrimdə yaşayır.
Yucin artıq çoxdan bu nəticəyə gəlmişdi ki, insan heç bir şey bilmir. Nə dində, nə fəlsəfədə, nə elmdə həyat adlanan müəmmaya cavab tapmaq mümkün deyil. Budur, insan təfəkkürünün kiçicik, zəif işıldayan aləmi! Bəs bunun arxasında, üstündə nə var? Ən qüvvətli teleskop üçün əlçatmaz olan uzaqlarda, dünyanın ucsuz-bucaqsız fəzalarında ulduzlu dumanlıqlar görünür. Orada nələr olur? Onların hərəkətini kim idarə edir? Onların orbiti bir zaman kimsə tərəfindən hesablanmışmı? Həyat Yucinə iyrənc, tutqun bir sirr kimi, qaranlıqda məqsədsiz keçən acınacaqlı, yarımənalı bir dövran kimi görünürdü. Heç kəs heç bir şey bilmir, o cümlədən, dünyanı yaradan da. Yucin özü isə daha betər.
Reklam
Hər yerdə sakitlik və rahatlıq hökm sürürdü. Nə üçün həyat həmişə belə ola bilməsin?– deyə Yucin düşünür və özünə cavab verirdi ki, vaxtilə bu, dəyişikliyə məruz qalmayan hər cür gözəllik kimi, öldürücü surətdə cansıxıcı olardı. İnsan qəlbi rahatlıq deyil, çaxnaşma həsrətindədir. Uzun fəaliyyətdən sonra qısa bir müddət rahatlıq yaranır, sonra isə yenidən fəaliyyət başlanır. Belə də olmalıdır.
"Şərin ancaq ona inananlar üzərində hökmranlığı vardır, lakin özünü ilahi ideyanın kamil və sarsılmaz inikası hesab edənlər üçün onun heç bir əhəmiyyəti və mənası yoxdur. Tanrı prinsipdir, insan isə onun ayrılmaz hissəsidir, elə ki, bunu özünə aydınlaşdırdın, şər pis yuxu kimi yox olub gedər, əslində o elə pis yuxudur da. Şər, hər bir reallıqdan məhrumdur".
Teodor Drayzer "Dahi"
İnsana bir həyat və bir məhəbbət verilmişdir. Və siz belə bir məhəbbəti tapdığınız zaman qalan hər şey öz əhəmiyyətini itirir... Əgər o sizə səadət verməmişsə, yenə də həyatın hələ sizin üçün saxlayıb, mühafizə etdiyi şeylər naminə əzəb çəkmək və dözmək lazımdır... Əgər daha əzab çəkməyə qüvvə yoxdursa, demək həyat tam iflasa uğramışdır.
Sayfa 86 - Qanun nəşriyyatı; YucinKitabı okudu
"Sən fəlakətə doğru aparan və üzərinə çiçəklər səpilmiş geniş bir cığırsan".
453 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.