Gönderi

Yucin artıq çoxdan bu nəticəyə gəlmişdi ki, insan heç bir şey bilmir. Nə dində, nə fəlsəfədə, nə elmdə həyat adlanan müəmmaya cavab tapmaq mümkün deyil. Budur, insan təfəkkürünün kiçicik, zəif işıldayan aləmi! Bəs bunun arxasında, üstündə nə var? Ən qüvvətli teleskop üçün əlçatmaz olan uzaqlarda, dünyanın ucsuz-bucaqsız fəzalarında ulduzlu dumanlıqlar görünür. Orada nələr olur? Onların hərəkətini kim idarə edir? Onların orbiti bir zaman kimsə tərəfindən hesablanmışmı? Həyat Yucinə iyrənc, tutqun bir sirr kimi, qaranlıqda məqsədsiz keçən acınacaqlı, yarımənalı bir dövran kimi görünürdü. Heç kəs heç bir şey bilmir, o cümlədən, dünyanı yaradan da. Yucin özü isə daha betər.
·
106 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.