Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dr. Səid - İkinci Ruhun Kölgəsi

Vüsal Aydın
“İkinci ruhun kölgəsi” romanı yazıçı Vüsal Aydının “Dr. Səid” trilogiyasının ikinci kitabıdır. İlk kitab olan “Bir milyonluq xəyanət”də taleyi naməlum qalan obrazların üzərindəki sirr pərdəsi “İkinci ruhun kölgəsi”ndə qalxır, “Akif Süleymanov işi” Dr. Səid tərəfindən açılır. Roman qəribə, anlaşılmaz bir ölüm hadisəsi ilə başlayır və biz Dr. Səidlə birlikdə insan psixologiyasını alt-üst edən hadisələr burulğanına düşürük. Bütün bunlara baxmayaraq, əsəri tamamilə psixoloji detektiv hesab etmək doğru olmaz. Romanda detektiv əsərlərə xas olan detallar ustalıqla işlənsə də, “İkinci ruhun kölgəsi” daha çox psixoloji roman həvəskarlarını məmnun edəcək. ...Birləşmiş Krallıqda böyümüş və təhsil almış, əsərlərini ingilis dilində yazan və yayımlayan soyuqqanlı yazıçı Çinar... ...Həyat yollarında azıb qalmış, dəfələrlə intihara cəhd edən Banu... ...Qatil psixologiyasını anlamağa çalışan Aida... ...”4+1 Qardaşları” və s. Bütün bunlar əsərə xüsusi rəng qatır. ”Bir milyonluq xəyanət” romanından oxuculara yaxşı tanış olan iti zəkalı, müşahidə qabiliyyəti ilə qanun keşikçilərini belə heyrətləndirən Dr. Səid “ustalıqla işlənmiş cinayət”in üstünü aça biləcəkmi? ...Qurduğu xəyal dünyasında hər şeyin nizamlı və nəzarətdə olduğuna inanan yazıçı ədalət axtarışında olan detektivi inandıra biləcəkmi? ...Yazıçı və detektiv qarşı-qarşıyadır. ...Ağlın, zəkanın və yaradıcılığın mübarizəsindən qalib çıxan isə zəkasını ən doğru işlədən olacaq... Trilogiyanın ilk kitabı, psixoloji detektiv janrında qələmə alınmış ”Bir milyonluq xəyanət” oxucular tərəfindən rəğbətlə qarşılandı. Əminəm ki, bu kitab daha da maraqla oxunacaq.
Yazar:
Vüsal Aydın
Vüsal Aydın
Tahmini Okuma Süresi: 8 sa. 10 dk.Sayfa Sayısı: 288Basım Tarihi: 2021Yayınevi: Mücrü
ISBN: 9789241220378Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.