Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim

Manaf Süleymanov

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim Gönderileri

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim kitaplarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim sözleri ve alıntılarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim yazarlarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ən maraqlı məhkəmə prosesi vəkil Qarabəyin iştirak etdiyi mühakimələr olurmuş. Bakılılar ona «Ayını ağladan Qarabəy» ləqəbi qoymuşdu. O, arıq, ucaboydu, geyimi də adi idi: şalvar, arxalıq, üstündən nazik toqqa -təkbənd, çuxa, başında karton üstə mahud çəkilmiş drabi, ya da ki, adi buxara dərisindən papaq olardı. Qıvrım saçları üz-gözünə tökülərdi. Ağıllı gözləri vardı. Olduqca sakit, xoşrəftar... Yumorla danışardı. Tiflisin və Bakının vəkilləri biləndə ki, tərəf müqabilləri Qarabəy olacaq, həmin işdən boyun qaçırardılar. Bütün dövlət qanunlarını, maddələrini bir-bir, senat qərarlarını, nazirlər sovetinin, ədliyyə nazirliyinin, prokurorluğun, müqəddəs senod prokurorluğunun hökm, təklif və sərəncamlarının il və ayını, nömrələrini əzbərdən bilirdi.
Bakının ilk memarlarından biri - Qasımbəy Hacıbababəyov olub. O, şəhəri böyük ustalıqla planlaşdırıb, məhəllələri elə layihələşdirib ki, rus və Avropa şəhər salan memarları heyran qalıblar. Relyefi, yerin topoqrafiyasını, dərə-təpə olmasını nəzərə alıb, küçələri pilləvari şəkildə planlaşdırıb. Məşədi Mirzə Qafar adında başqa bir memar da binaları ilhamla, ustalıqla layihələşdiribdir.
Reklam
Vay-vay)
"Arvad hesabına yaşayan kişilər. Belələri bir-iki dəst yaxşı paltar, papaq, çəkmə, palto, çox vaxt çuxa, arxalıq, qurşaq düzəldib dövlətli əri ölmüş dul arvadı alar və onun hesabına firavan dolanardı. Arvad da camaatın ağzını yummaq üçün deyərdi ki, evdə başı papaqlı olmalıdır, böhtançı dedi-qoduçuların ağzını yummaq üçün dul arvadın üstündə bir mötəbər kişinin adı lazımdır. Elə ki, kef çəkib sərvətin axırına daş atardı, pul qurtarardı, kişi xırda bir şeyi bəhanə tutub küsər və evdən gedərdi, pusquda duran tülkü təki digər ölən varlı kişinin arvadına müştəri düşür, evlənərdi."
"İçərişəhərdə başqa bir əyləncə evi də vardı - «Pilləkanlı meyxana» deyərdilər. Girəcəyin üstündə hüsnxətlə iri ərəb hərflərilə: «Yüknən girən taynan çıxar, taynan girən haynan çıxar» yazmışdılar."
76 öğeden 41 ile 50 arasındakiler gösteriliyor.