Qarşınızdakı əsər misilsiz şəxsiyyəti hələ də
tanınmaz qalmış sərhədsiz və məzarsız mücahidə öz həddimizdə təşəkkürnamədir. O, torpaqlarımızın bir qarışı da yad əllərdə qalmasın deyə canını qurban vermiş insandır. O, nişan mərasimində nişanlısına bu sözləri söyləmiş şəxsdir: "Eşitmişəm ki, gəlin nikah əqdi oxunan zaman hansı duanı etsə, Allah qəbul edər. Əgər məni sevirsənsə, xoşbəxtliyimi istəyirsənsə, dua et ki, şəhid olum". Bu düşüncənin qiymətini Əli Təcəllayidən başqa kim bilərdi ki?! Onun kimi aşiq olmaqdan ötrü imanın hansı dərəcəsinə nail olmaq lazımdır görəsən?! Döyüşə getməməkdən ötrü min cür səbəbi vardı, amma heç biri onu qorxu və təhlükə dolu səhnələrdən saxlaya bilmədi.