Yorğun günlərimdə ağır və çox düşündürən kitablardan qaçdığım üçün belə bir axıcı əsər seçdim.Düzü 2 həftəyə bitirdim vaxt azlığından.Şeker Portakalının davamı olan bu kitab mənə nədənsə daha təsirli gəldi.Bilmirəm, bəlkə də uşaqlıqdan yeniyetməliyə və daha sonra gəncliyə keçmək daha təsirli bir prossesdir.
İnsan mütləq arxada nələrisə buraxmalı olur.Bunu isə bizdən həyatımızın daha da irəliləməsi alır.Yəni zaman bəhanədir, geridə buraxmağı da çox vaxt özümüz seçirik.
Əsərin sonluğu xüsusilə təsirli alınıb, sondakı monoloq isə əsəri əla tamamlayıb.Ümumi oxumaq üçün maraqlı əsərdir, biraz gündəlik qayğılardan uzaqlaşıb uşaq dünyasına da keçmək lazımdır.Tarix müəlliməm bizə deyirdi ki “Böyüməyin uşaqlar, elə belə də qalın”. Kitabı oxuyanda və indiki hala baxanda çox yaxşı başa düşürəm bunun niyəsini...