Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

"Hə" cavabına gedən yol. Məğlubiyyətsiz danışıqlar

William Ury

Yorumlar ve İncelemeler

Tümünü Gör
292 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"Sizi özünüzdən başqa heç kim daha bacarıqlı edə bilməz"
Anlayaraq oxumağa çalışdığım üçün çox vaxtımı apardı. Görünür ki, həqiqətən bu kitabın faydası var. Bu kitabın hələ yarılarında ikən kitabda olan məlumatları danışıqlarımda istifadə etdim və həqiqətən faydasını gördüm.
"Hə" cavabına gedən yol. Məğlubiyyətsiz danışıqlar
"Hə" cavabına gedən yol. Məğlubiyyətsiz danışıqlar
kitabı müasir dövrümüzün əsas biznes kitablarından hesab olunur. Bizneslə yanaşı bütün səviyyələrdə həyata keçirilən danışıqlarda insana yardım əli uzadan bu kutab milyonlarla insana danışıqlarda kömək edib. Kitab boyu bir neçə əsas müddəa təhlil olunur, bunların dəyişdirilməli olduğunu fakt, nümunə və açıqlamalarla izah edir. Kitabı oxuduqca addımbaaddım: ● mövqelərə deyil, maraqları köklənməyi; ● hər kəslə hər bir səviyyədə uğurlu danışıq aparmağı; ● insanları problemdən ayırmağı; ● yaradıcı bir həll yolu tapmaq və bunun üçün birgə işləməyi öyrənəcəksiniz. Amma başlıq seçdiyim, kitabın sonunda da verilən həmin cümlə ilə qeyd etmək istəyirəm ki, ancaq siz özünüzü daha bacarıqlı edirsiniz. Bu kitabı oxuyub kənara da ata bilərsiz, qismən, ya da tamamilə həyatınıza tətbiq edə bilərsiniz. Amma fərqi özünüz də hiss edəcəksiniz. Gününüz gözəlliyə, ömrünüz kitablara... Oxuduğunuz üçün təşəkkürlər.
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.