Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Harika Çocuk

Roy Jacobsen

Harika Çocuk Gönderileri

Harika Çocuk kitaplarını, Harika Çocuk sözleri ve alıntılarını, Harika Çocuk yazarlarını, Harika Çocuk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
304 syf.
5/10 puan verdi
·
18 günde okudu
Əsərin qəhrəmanı Finn adlı Norveçli bir oğlan uşağıdır. Finn sinifin ən ağıllı şagirdidir. Yaxşı mütaliəsi, güclü yaddaşı var.Eyni zamanda çox nadincdir. Finn anası ilə iki nəfərlik kiçik bir ailədə böyüyür.Kran maşinisti olan atası onları atıb gedib və qəzaya düşüb. Bir gün evlərinə bir qadın gəlir və Finn atasının başqa bir qadından ögey bacısı olduğunu öyrənir.Bunu əvvəlcə istəməsə də, sonra bacısının gəlişinə sevinir. Kiçik qızın ailəyə gəlməsi ilə evin ehtiyacları daha da artır.Finnin anası evin bir otağını kirayə verməyi qərara alır. Yeni kirayəşinlə ailə daha da böyüyür və onları taxmin etmədikləri hadisələr gözləyir. Xəyanət, sədaqət və sevgi haqqında olan bu hekayə beləcə başlayır... Finnin fikirləri, böyüdükcə fikirlərinin dəyişməsi, ətrafına qarşı münasibəti əsərdə əks olunub. Əsər başlarda axıcı olsa da ortalarda sıxıcı irəliləyirdi. Ümumilikdə əsəri çoxda bəyənmədim. Sonluğu mənə qəribə gəldi, sanki hər şey başladığı yerə geri qayıtmış kimi oldu.
Möcüzə Uşaq
Möcüzə Uşaq
Roy Jacobsen
Roy Jacobsen
Möcüzə Uşaq
Möcüzə UşaqRoy Jacobsen · Qanun Nəşriyyatı · 201576 okunma
-Bayırdansa evdə daha yaxşı əyləncə var..Bayırda həyat qarma-qarışıqdır- hayana baxırsan, taxta-tuxtadır, binalar, damlar, onlardan da o yana ot basmış çöllər, ağac kötükləri, tirlər, şalbanlar, axıb gedən sular, qalın kolluqlar, palçıq yollar..keçə və iri qətran parçalarını, ağac qırıntılarını yandırırlar, mərtəbəli daxmalar tikirlər..Sonra güclülər, qüdrətlilər bu imarətlər üstündə müharibələr aparır, onları bir anda yerlə-yeksan edirlər, bir gün sonra yenə də tikirlər..Həm də onları dağıdanlar yox, başqaları tikir..Dağıdanlarla tikənlər heç vaxt eyni adamlar olmur..Bunu ona görə deyirəm ki, mən inşaatçı idim, balaca olsam da..Dağılmış qəsrlərimizi görəndə göz yaşlarımı saxlaya bilmirdim..Əvəz çıxmaqdan, qisas almaqdan danışırdılar, amma vandalların itirməyə bir şeyi yox idi, xoş əhval və qəhqəhələri üçün hər şeyə gedirdilər..Ancaq itirməyə bir şeyi olanlarla itirməyə heç vaxt heç nəyi olmayanlar arasında, heç vaxt bir qara quruş da əldə etmək istəməyənlər arasında parçalanmanın izləri görünürdü..
Reklam
Əgər sən özünün yaxşı olduğuna şübhə edirsənsə özündən soruş ki, sən ürəyini deşən bir sirri, tutaq ki, lap başqasının sirrini saxlaya bilirsən ya yox.
Sayfa 191 - Qanun nəşriyyatKitabı okudu
Köhnəlir adam. Mən səndən otuz il köhnəyəm.
Sayfa 51 - Qanun nəşriyyatKitabı okudu
Bu, həyat uğrunda çarpışan bir adamın əldən tutması kimidir. Bu cür yapışmaqla o səni özünə, öz ürəyinə bağlayır, səni məngənə kimi sıxır, ta ki öldürsün, sən qəbirdə çürüyəndə də sənin yanında uzansın.
Cəzanın müxtəlif növləri, çeşidləri varmış, elə bilirdim ki, onların hamısını bilirəm. Günah və uçurum da varmış.
Reklam
Lindanın fikri bu dünyada deyildi, bir gün mən bunu, nəhayət, başa düşəcəyəm, o, Marsdan gəlmişdi. Yerə enib bütpərəstlərlə danışmaq istəyirdi, norveçlilərlə fransızca, amerikalılarla rusca danışmaq istəyirdi. O bir tale idi, həm gözəllik, həm də bir fəlakət idi. Hərəsindən bir az. Anamın güzgüsü, anamın uşaqlığı. Hər şey təkrar olunurdu. Heç vaxt yox olmayan bir şeydən qalan axırıncı fraqment. Tanrının onu yaratmaqda bir məqsədi olmalı idi. Gizli bir planı olmalı idi. Amma nə?
Dağıdanlarla tikənlər heç vaxt eyni adamlar olmur.
"Təcrübəmizdə gördük ki,istedadlı uşaqlar asudə vaxtlarını televizor qabağında keçirməkdənsə kitab-jurnal oxumağa üstünlük verirlər,daha az istedadlılar isə,əksinə,televizora çox baxmağa meyillidirlər..."
54 öğeden 31 ile 40 arasındakiler gösteriliyor.