SanalAğ seriyasının üçüncü kitabı, digər adıyla–"Ters köşe" ;)
● Seriyanın ən həyəcanlı, ən yanıldıcı kitabı olduğunu deyə bilərəm ki, hadisələrin ardıcıllığını öyrənmək üçün əlinizdən düşürmək istəmədən oxuyacağınızdan əminəm.
● Hadisələrin gedişatı sizləri təəcübləndirə bilər. Hətta oxuyarkən bəzi bölümlərdəki gözlənilməz hadisələr üzərinə ani reaksiyalar verə bilərsiz. Sürprizlərə hazır olun :)
◇ Ümumilikdə seriyanı dəyərləndirsəm, bütün hadisələr film kimi gözünüzün önündə gerçəkləşir sanki. Müəllif elə bir aura yaradıb kitabda. "Labirint" seriyasını oxumusuzsa, ona bənzər, hətta onun kimi içində kimə güvəniləcəyi bilinməyən bir yolculuqdur deyə bilərik. Həyəcan, bir macəradan digərinə atılma, bəzi şeylərin fərqinə varmaq (insandan insana dəyişə bilər) və bir çox duyğu dolu seriya...