Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Herman və Dorotiya

Johann Wolfgang Von Goethe

Herman və Dorotiya Gönderileri

Herman və Dorotiya kitaplarını, Herman və Dorotiya sözleri ve alıntılarını, Herman və Dorotiya yazarlarını, Herman və Dorotiya yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Səni sevənləri təmiz bir məhəbbətlə sev, sənə yaxşılıq edənə minnətdar ol.”
..hər kəs özünü düşünür, yalnız ən yaxınlarının ehtiyaclarını qarşılamağa çalışır və arxadan gələnləri heç düşünmürlər.
Reklam
Görünüş insanı o qədər çox aldadır ki! Mən heç vaxt ilk gördüklərimə çox da güvənməmişəm, bu atalar sözünün doğru olduğunu təcrübə etmişəm. Yeni tanıdığın bir insana bir çömçə duzu onunla birlikdə yeyib-bitirməyənə qədər güvənməyəcəksən. Onun sənə qarşı münasibətini, dostluqda sədaqətini ancaq zamanla öyrənə bilərsən.
Maneələr ortadan qalxanda qanun sayəsində küncə sıxışdırılmış bütün pisliklər bağlarından azad olaraq meydana çıxır.
Vüsal gününü həsrətlə gözləyərkən iki nişanlının bir-biri ilə rəqs edərək coşduqları zamanlar nə gözəldir!
Həqiqətən də bizim zamanımız istər müqəddəs, istərsə də ümumi tarixin qeyd etdiyi ən qeyri-adi zamanlara bənzəyir. Çünki baş verən hadisələr bir-birini elə sürətlə qovalayır ki, dünənki və bugünkü günümüzü yaşayan illərcə yaşamış kimidir.
Reklam
Əslində, xoşbəxt olanın mülayim olmadığı bir həqiqətdir.
Hamımız hərəkətlərimizə diqqət etməsək belə, bir-birimizə qarşı səbirli və təmkinli olmalı olduğumuzu nə vaxt başa düşəcəyik?
Elə anlar var ki, insanın həyatı və müqəddəratı o zaman həll olunur, çünki uzun müzakirlərdən sonra belə, yenə hər qərar ancaq bir an içində verilir və ancaq ağıllı olan məqsədəuyğun qərar verə bilər. Seçim edərkən müxtəlif şeyləri düşünüb fikir və hissləri qarışdırmaq çox təhlükəlidir.
Təbii və məntiqli olan hər hal yaxşıdır. İnsan çox şey istəsə də, əslində, çox az şeyə ehtiyacı var. Belə ki, günlər qısa və fanilərin ömrü sonsuz deyil.
169 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.