Həyatımda bu qədər "disgusting" bir şey görməmişəm. Bu qadın bu kitabı yazanda hansı 'kafada' olub? Bu kitab niyə satış rekordları qırıb? Niyə insanlar bunu alıb dəli kimi oxuyublar başa düşmədim. Şule Yüksel Şenler elə bil ki illərlə bir evdə yaşayıb, özünə öz beynində bir dünya yaradıb, o dünyada da hicablı qadınların hamısı dəhşət imanlı və çox yaxşı, hicab taxmayanlar isə tam olaraq öz deyimiylə desək "avropa fahişəsi"(?)dir. Mən niyə oturduğum yerdə avropa fahişə oldum bunu başa düşmürəm :D Mən Şule Yüksel Şenlerin inandığı dinə inanmalıyam mı mütləq? Təbii ki də yox. Bu qadında niyə bu qədər ötəkiləşdirmə, nifrət hissləri var? Teatra, kinoya getmək haramdı, çünki oralar tam bir "kerhane"dir. Mahnı dinləmək olmaz, bütün günü əlində Quran oxumalısan, ev işləriylə məşğul olub sevgili həyat yoldaşına xidmət etməlisən. Bu arada, təhsil belə almağa yaxşı baxmır. Yazdığı bütün obrazlar imana gələn kimi universiteti atırlar. Universitet oxuyanların da avropa fahişələrindən bir fərqi yoxdur. Əlavə olaraq imkanlı ailələr mütləq kültürlü olmalıdır, onlara qarşı bir simpatiya var, amma aşağı təbəqədən olanlar isə yüz faiz cahil biridir. Sadəcə iyrənc...