Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İngilis Pasiyent

Michael Ondaatje

İngilis Pasiyent Sözleri ve Alıntıları

İngilis Pasiyent sözleri ve alıntılarını, İngilis Pasiyent kitap alıntılarını, İngilis Pasiyent en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Biz yaşadığımız sevgilərlə, təmasda olduğumuz tayfaların zəngin mədəniyyəti ilə, aldığımız qoxularla, daddığımız tamlarla, qovuşduğumuz, ayrıldığımız bədənlərdən qalan zərrələrlə, mağara kimi sığındığımız qorxularımızla bir yerdə ölürük.
Sayfa 339Kitabı okudu
Bu dövrdə kitablar ona daxili iztirablarından çıxmaq üçün yeganə vasitəyə çevrilmişdilər. Kitablar onun həyatının yarısı demək idi.
Reklam
Öləndə gərək canını müqəddəs yerdə tapşırasan. Səhranın həqiqətlərindən biri də bu idi.
Sayfa 338Kitabı okudu
İynə gözündən keçən cılız sevgilər də var.
Sayfa 373Kitabı okudu
Mən inanıram ki, adamın vurulmağının bəlli bir proseduru olur. İçimizdə çox həssas, bəlkə də xırdaçı bir tarixçi var, hər şeyi yazır, qeyd eləyir. Nə vaxtsa, sənə əhəmiyyətsiz kimi görünən hadisəni yadında saxlayır.
Sayfa 336Kitabı okudu
Pasiyentlə birgə yanğından qurtulmağı bacaran kitab... Bu, Herodotun "Tarix" kitabının bir nüxsəsidir. Amma pilot ona başqa kitablardan kəsdiyi bəzi parçalar yapışdırıb, üstəlik öz müşahidələrinin nəticələri də ora yazıb. Odur ki, öz qeydləri Herodotun kitabının mətni ilə qarışıb.
Sayfa 29 - Teas PressKitabı okudu
Reklam
Mən bu yaralı bədənimdə dərya qədər məlumat saxlayırdım. Mən elə adamam ki, yad adamın evində tək qaldımsa, ilk növbədə onun kitab rəfinə yaxınlaşacağam, bir kitab götürüb gözümə təpəcəyəm, su kimi içəcəyəm. Tarix bizim ruhumuza bu cür hopur...
“Tövbə eləyin! Tufan gəlir! Sel gəlir! Qiyamət gəlir!" Azad düşüncənin, gözəlliyə, dəbdəbəyə aludəliyin, Platona da İsa kimi səcdə etmək azadlığının - hər şeyin üstündən xətt çəkilmişdi. Hər şeyə od vurub yandırmışdılar - pariklərə, kitablara, xəzlərə, xəritələrə. Azı dörd yüz ildən sonra bu mütəfəkkirlərin qəbirlərini açdılar. Pikonun sümükləri salamat idi, Polisianonun sümükləri isə toza dönmüşdü.
Kitabı açdı. Sanki Robinzon Kruzo dənizdə islanmış, amma dalğa ilə sahilə gəlib çıxmış, isti qumun üstündə, günün altında qurumuş kitab tapmışdı.
Sayfa 24 - Teas PressKitabı okudu
861 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.