Mövzu:- 10 iyun , 1971-ci ildə Fas kralına qarşı təşkil edilən uğursuz sui-qəsd və onun sonrasında yaşananlar.. Bu uğursuz sui-qəsddə iştirak edən bəziləri edam edildi, bəziləri isə yerin qaranlığında, yaşamaq hətta nəfəs almaq üçün çətin şəraiti olan məhkumluq həyatına məruz qaldı..
__________________________________________
Kitabın real həyat hekayəsindən olması daha çox diqqətimi çəkmişdi. Diqqətimi çəkmək ilə yanaşı bir o qədər də yaşanmış olan gerçəkliklər mənə ağır gəlirdi.Balaca bir yerdə , hətta ayaq üstə durmağa şərait olmayan, gün işığı belə düşməyən, böcək, qurdlar ilə bərabər 20 il yaşamaq ...Oxuduqca, onların yaşandığı çətinlikləri gördükcə , bu çətinliyə qarşı gəlmək , həyatda sağ qalmaq üçün tutunduqları bizim üçün bəlkə də kiçik onlar üçün isə böyük çıxış yolları isə təqdirəlayiqdir...