Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Janna Dark Gönderileri

Janna Dark kitaplarını, Janna Dark sözleri ve alıntılarını, Janna Dark yazarlarını, Janna Dark yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Böyük mərhəmət
Lakin başqa bir mərhəmət də var-əsl mərhəmət; bu mərhəmət sentimental həyəcanlar deyil, fəaliyyət tələb edir; belə mərhəməti olan adam nə istədiyini bilir, özü də iztirab çəkə-çəkə, şəfqət göstərə -göstərə insan qüvvəsi müqabilində və hətta bundan da çox iş görməyə hazırdır . Əgər sən axıracan, ən acı aqibətə qədər belə mübarizə aparmağa hazırsansa, üstəlik, böyük səbrin varsa, yalnız bu zaman insanlara həqiqətən kömək etməyi bacararsan. YALNIZ ÖZÜNÜ QURBAN VERDİYİN VAXT, YALNIZ VƏ YALNIZ BU ZAMAN FAYDA VERƏ BİLƏRSƏN! -Stefan Zweig
Sayfa 7
432 syf.
10/10 puan verdi
·
8 günde okudu
Janna təxminən, 6 yanvar 1412-ci ildə bir kəndli - Dark - ailəsində dünyaya gəlmişdi. Bütün hadisələr Jannanın vətəninə olan inamı və vətənini düşmənlərdən - qodonlardan qurtarması və daha sonra baş verən hadisələr ilə bağlı idi. Və ölkəsini düşmənlərdən azad etməkdə ona heç kəsin mane olmasına imkan verməyəcəkdi və vermədi də. Kral və hakim təbəqəni razı saldı, işğal edilmiş ərazilərə hücum edərək bir çox əraziləri azad etdi. Amma artıq hakim təbəqə təşvişə düşmüşdü. Onlar düşünürdülər ki, Jannanın dedikləri doğru deyil, o heç nə edə bilməyəcək, sadəcə ondan istifadə etmək üçün razı olmuşdular. Və bu düşüncələrində yanıldıqları üçün Jannanı aldatmağa başladılar, burada məqsəd bu idi: Jannanı səhv istiqamətlərdə yönləndirmək və hakim təbəqədən olanlar isə doğru istiqaməti seçərək əraziləri azad edəcəkdi. Beləcə əhalidə Jannaya qarşı güvənsizlik yaranacaqdı. Amma o kəndli, savadsız qız onlara inanmadı və uğurları davam etdi. Kitab haqqında çox danışmaq olar, amma qısaca desək, Janna sonradan ingilislərə əsir düşür və bir çox hadisələrdən sonra yandırılır. Burada hakimiyyət, pul, ərazi və s. uğrunda mübarizələr baş verirdi və onlar üçün aşağı təbəqə önəmli deyildi. Tarixlə maraqlanan hər kəsin oxumasını tövsiyə edirəm.
Janna Dark
Janna DarkAnatoli Levandovski · Qanun Nəşriyyatı · 20159 okunma
Reklam
Katolik kilsəsi xalqın var-dövlətini gizli vasitələrlə oğurlayan acgöz yırtıcıdır!
Qanun NəşriyyatıKitabı okudu
... Mən xəyanətdən başqa heç nədən qorxmuram...
Sayfa 233 - Qanun Nəşriyyatı - Janna D'arkKitabı okudu
Ona elə gəlirdi ki, hər şeyi indi yenidən başlamalı olsaydı, bacarmazdı. Hər hansı gücün, səyin öz həddi var. Bəlkə də, bacarardı. Çünki onun möcüzəsi - vətənə, öz xalqına məhəbbətindədir. Çünki onun möcüzəsi - öz istiqlaliyyəti uğrunda mübarizə aparan xalqdır. Çünki vətən məhəbbəti və xalq məğlubedilməzdir.
Sayfa 223 - Qanun NəşriyyatıKitabı okudu
Güclü hökmdar vahid dövləti təcəssüm etdirir, vahid dövlət isə ağaların özbaşınalığını zəiflədirdi.
Sayfa 23 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Məgər bütün insanlar Onun (Tanrının) sürətində bərabər və eyni yaranmamışlarmı?..
Sayfa 21 - Qanun NəşriyyatıKitabı okudu
İnsan ruhu üfunətli riyakarlıq, ədalətsizlik və ağır zülm səltənəti üzərində ucalan ecazkar qüvvədir.
Sayfa 19 - Qanun NəşriyyatıKitabı okudu
12 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.