Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kamil İnsan

Murtaza Mutahhari

Kamil İnsan Sözleri ve Alıntıları

Kamil İnsan sözleri ve alıntılarını, Kamil İnsan kitap alıntılarını, Kamil İnsan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Peyğəmbər buyurur ki, Allah hamınındır və mən iddia edə bilmərəm ki, O, xristianın, yəhudinin, zərdüştün və bütpərəstin də Allahı deyil, yalnız mənim Allahımdır. O, hamının Allahıdır və hamıya məxsusdur. İnsanın Ona mənsub olması, «mən» yaradaraq aralarda sərhəd çəkən məhdud şeyə bağlılığı kimi deyildir. O, mən və sənin bağlandığımız zaman çəkişmə və vuruşmalara səbəb olan pul deyil. O, elə bir həqiqətdir ki, eyni anda hamını özündə birləşdirə bilir. Gəlin hamımız «biz» olaq! Hansı yolla? Vahid iman, ideya və kəlmə – Allah kəlməsi və Ona iman vasitəsilə! Gəlin hamımız «biz» olaq, amma bundan əvvəl hamımız «o» olmalıyıq. Hamımız «o» olduqdan, yə᾽ni bu «mən»lər onun müqabilində yoxa çıxdıqdan və hamımız bir rəng – «o»nun rəngində olduqdan sonra «biz» ola bilərik. Bizim və sizin aramızda eyni və bərabər olan bir kəlməyə tərəf gəlin!
Hind fəlsəfəsinin əsası özünü tanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır. Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz «məhəbbət» məktəbi qoyun, istəyirsiniz də «tanışlıq və mə᾽rifət!»
Reklam
Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»liyi məsələsidir. İnsanın «mən»liyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin «mən»liyin fikirləşmə mərkəzi deyil, eşq bəsləmə mərkəzidir.
«Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən, amma özünü itirməsinə baxmayarq onu axtarmayan şəxsə təəccüb edirəm!» O, nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.
Məşhur alman filosofu Niçe, əxlaqda qüdrət nəzəriyyəsini ümumi şəkildə irəli sürüb. O, ömrünün sonunda dəli olub, amma mənim fikrimcə həmin dəliliyin əlamətləri elə onda əvvəldən də aşkar imiş.
Ariflər kamil insanın təkamül mərhələlərini necə də gözəl müəyyənləşdiriblər. Onların fikrincə, kamil insanın təkamülü dörd səfər və mərhələdə baş verir. 1. İnsanın özündən Allaha olan səfəri; 2. İnsanın Allahla birlikdə Allahda səfəri; (Yəni Allahı tanımaq) 3. İnsanın təkcə deyil, Allahla birlikdə Onun bəndələrinə doğru səfəri; 4. İnsanın Allahla birlikdə onun bəndələri arasında bəndələrin nicatı üçün səfəri.
Reklam
Kamil insan dedikdə, daha ali uca insan nəzərdə tutulur.
İslam Peyğəmbəri əgər hamının «biz» olması üçün ərəb dilini öyrənməsini təklif etsəydi, fars dili deyərdi ki, nə üçün ərəb dili? Gəlin hamımız fars dilini öyrənək. Fransalı deyərdi ki, nə üçün ərəb dili? Həmin dil fransız dili olsun. Ərəb dili hamının onda bərabər ola bilməsi mümkün olan şey deyil. Ərəb, fars, türk, fransız və s. dillərin hər biri bir xalqa məxsusdur. Bir çox digər şeylər də belədir. Amma hamının olan və heç kəsə məxsus olmayan həqiqət bizim Allahımızdır. Bəli, mütləq həqiqət, hamımızı və dünyanı yaradan və son dönüş nöqtəsi olan Allah hamınındır, gəlin Ona tərəf tələsək, təkcə Ona itaət edək və heç nəyi Ona şərik qoşmayaq.
Əli(ə) : «Ey Allahın Peyğəmbəri! Ühüd döyüşündə Həmzə ibni Əbdülmüttəlib başda olmaqla müsəlmanlardan 70 nəfəri şəhid olanda və mən şəhid olmaq feyzindən məhrum olanda çox narahat olmuşdum. Mən sizdən bu ne᾽mətdən məhrum olmağımın səbəbini soruşdum. Siz mənə həmin vaxt belə dediniz: Burada şəhid olmasan da, başqa vaxt, Allah yolunda şəhid olacaqsan. Bu həqiqətən belə olacaqdır, amma sən şəhid olmağa necə səbr edəcəksən? Mən peyğəmbərə belədedim: Ey Allahın peyğəmbəri, necə səbr edəcəksən yox, necə şükr edəcəksən buyur, ora səbr yeri deyil, şükr yeridir!»
İnsanın sabit təbiətə malik olmaması və onun özünün özünə təbiət verməsi də həqiqətdir.
379 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.