Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kitap Evi

Enis Batur

En Beğenilen Kitap Evi Gönderileri

En Beğenilen Kitap Evi kitaplarını, en beğenilen Kitap Evi sözleri ve alıntılarını, en beğenilen Kitap Evi yazarlarını, en beğenilen Kitap Evi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"...Bəli, kitab əbədi virusdur..."
Sayfa 20 - Qanun nəşriyyatKitabı okudu
Kitab məcnunu bir növ bəşəri insandır, hansı irqdən, xalqdan, dildən, inancdan, yer üzünün hansı tərəfindən olursa-olsun, özünəməxsus standart ölçüləri var; xasiyyətləri bir-birinə bənzər, davranış qaydalarını şərtləndirən hardasa hiss üzvlərindən yüzdə-yüz eyni qərarlar çıxar. Fərqli hərəkət etməyi arzulasalar da, bunu necə həyata keçirdiklərinin şahidi ola bilməzsiniz. Dilini başa düşmədikləri, əlifbasını bilmədikləri ölkələrə gedəndə belə, kitab evlərinə girmədən, vitrinləri uzun-uzadı gözdən keçirmədən rahat ola bilməzlər. Gecə gəzintisinə çıxanda da işığı yanan bir pəncərədən divan büsbütün tutmuş bir kitabxana görən kimi ayaq saxlayar, baxar, sonra da o evin içəridə yaşayan-həyatda bircə dəfə də qarşılaşmadığı adamın obrazını xəyalının bir kənarında yaratmağa çalışırlar. Əgər bu pəncərə aşağı mərtəbədə olarsa, onda bu ehtiras daha kəskin bir hal alaraq kitabları arxalarından tanıma bacarıqlarının təmin etdiyi istedadla bu kitabxananın genetik xəritəsini çıxarmağa nail olurlar. Qonaq çağırıldıqları evlərdə, əgər ev sahibinin kitabxanası salonda deyilsə, etika qaydalarını belə bir kanara qoyub, daha məhrəm bir sahəyə-kitabxananın yerləşdiyi otağa keçməyin bir yolunu tapmağa çalışırlar. Həqiqi kitab aşiqinin marağına əngəl olmaq, qarşısında açılan kiçik dünyanın ortasına dalma istəyinin qarşısını almaq mümkün deyil. Ölçü-biçi tanımayan bu ehtiras qarşısıalınmazdır. Kitab dünyasında, yalnız və yalnız onu necə yazmağın öz qayda-qanunları var.
Geri185
852 öğeden 851 ile 852 arasındakiler gösteriliyor.