Bu kitab ölüm və bərzəx aləminə qarşı olan səthi düşüncələrimin kamilləşməsində ən başlıca rol oynadı. Kitabı bəzən nəfəsimi tutaraq, bəzən isə dərin hüzün və göz yaşları ilə oxudum. Özümü hadisəni yaşamış şəxsin yerində hiss etdim, oxuduqlarımı yaşadım. Kitab həyatımın dəyişməsinə səbəb oldu.
Kitabda hadisələrin şərhi, sadə və hər kəs tərəfindən başa düşüləcək bir dildədir. İnsanın iradəsinə təsir edib, təfəkkür etməsinə səbəb olacaq bir kitabdır. Oxuyub bitirməmə baxmayaraq hələ də masamdan əksik etmirəm. Tövsiyə edərdim ki, oxumağa başlayacaq kimsələr oxumadan öncə Allaha təvəkkül edib, bu kitabı bitirənə kimi Allahdan onlara hər şeyə yenidən başlamaq üçün fürsət verməsini istəsinlər. Allahın izni ilə hər şey çox gözəl olacaq.
Xoş Mütaliələr!⚘