Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mənim Payım

Parinoush Saniee

Yorumlar ve İncelemeler

Tümünü Gör
416 syf.
10/10 puan verdi
·
Beğendi
·
36 saatte okudu
Bir qadının kədərli və təsirli taleyi...
Bu kitab haqqında çox təriflər eşidirdim hər yerdə qarşıma çıxırdı. Məndə oxumağı qərara aldım. İlk dəfə oxuduqda başlanğıcına görə bəyənməmişdim yarıda saxlamışdım sonra yenidən davam edib bitirməyi düşündüm. Yaxşı ki yenidən şans verib oxudum ən çox bəyəndiyim kitablar sırasına daxil oldu. İlk öncə başlanğıcını oxuduqda düşünmüşdüm ki təkcə
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,545 okunma
Reklam
416 syf.
·
Puan vermedi
·
5 günde okudu
Spoiler var!
"Mənim Payım" əsəri İranda baş verən hadisələrin cərəyan etdiyi zamandan bəhs edir. Əsər olduqca təsirlidir. Əsərin ilk səhifələrini oxuduqca hiddətlənirdim. Çünki yenə bir gənc yeniyetmə qız öz rızası olmadan evləndirilir, həyatdan gözlədiyi xoşbəxtliklər onun əlindən alınırdı. Əsərdəki Qadın qəhrəmanımız Məsumə həqiqətən də Qəhrəman
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,545 okunma
416 syf.
10/10 puan verdi
·
8 günde okudu
'Fazla fedakarlık, fazla vefasızlık getirir.'
Bir gözəl əsərin daha sonuna gəldik. Çoxumuz həyatımızdan şikayətlənirik, lakin necə həyatlar yaşayan insanlardan xəbərsizik. Təəsüf ki, oxumağı mənasız bilən, qızını zorla evləndirən ailələr hələ də mövcuddur. Bu əsərdə də görüldüyü kimi bir qadının həyatından bəhs olunur. O oxumaq eşqi ilə alışıb yanır, amma müəyyən yaşa çatdıqdan sonra "oxumaq mənasızdır, qadının hədəfi evlilik olmalıdır" sözləri ilə ona ər axtarmağa başlayırlar. Əli heç bir oğlan əlinə dəyməmiş, saf sevgi ilə sevən qıza namussuz adı damğası vurub zorla evləndirirlər. Fədakar övlad, fədakar həyat yoldaşı və sonunda fədakar ana. Ama çox təəsüfki dəyəri bilinmir. Fazla fədakarlıq fazla vəfasızlıq gətirir deyirlər, bax bunu desək yerində olar. Həqiqətən, çox gözəl bir əsər idi. Hər kəsə xoş mütaliələr arzu edirəm, kitabla qalın ♡
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,545 okunma
416 syf.
·
Puan vermedi
Təkidlə tövsiyyə edəcəyim bir kitabı sizinlə bölüşmək istədim Və sonuna gəlmək istəməsəndə bütün günü oxumağı dayandıra bilmədiyim, bu gün başladığım, bu gündə bitirdiyim möhtəşəm əsərlərdən daha biri.. Sənin kimi qadınların var olması məni həm qürurlandırdı, həm də kədərləndirdi.Axı öncəliyi hər zaman ailəsi və övladları olan bir qadın heç vaxt öz xoşbəxtliyini tapa bilməyəcək.O yalnız əzizlərinin xoşbəxtliyi üçün əzmlə çalışacaq, daha sonra bununla təskinlik tapacaq.. Belə bitəcəyini bilsəmdə yanılmaq istədim.Heç olmasa bir dəfə cəmi bircə dəfə belə qadınların öz xoşbəxtliyi üçün kiçik belə olsa addım atdığını görmək istədim.. Deyəsən acı həqiqətlə barışmalı olacam, həyatda öncəliyi özü olmayan heç bir qadın xoşbəxtliyi tam olaraq dadmayacaq.Əfsuslar olsun ki, belə qadınlar həyatda öz xoşbəxtlik payını sevdiklərinə qurban verirlər..Və heç zaman xoşbəxtlik bulağından paylarını ala bilmirlər.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,545 okunma
Reklam
416 syf.
·
Puan vermedi
Oxuduğum da ağladığım belkede ilk ve tek kitabdir kitabı oxuduqca insanda qəribə bir his yaranır kitab insanı özünə çəkir və həqiqətən çox təsir edir.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,545 okunma
514 syf.
9/10 puan verdi
·
3 günde okudu
Ağır idi..
Bitirən kimi incələmə yazmaq istədim. İlk olaraq onu deyim ki, yazar çox axıcı və rahat dillə yazmışdı. Tərcüməsi isə daha yaxşı idi. Elə ona görə, 2 gün arayla oxumaqla + bu gün 380 səhifəni oxumaqla çox zövq aldım. Hisslər bizə çox gözəl aşılanmışdı. Bəzi cümlələr qəlbimə, bəzi cümlələr isə əsəbimə çox incə-incə işlənirdi. Və əsərin
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,545 okunma
512 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
En son yazacağım cümleyi bu kitap için en başa yazıyorum. Bu kitabı herkes okumalıdır. Kadın, erkek, genç, yaşlı fark etmez her yaştan her yapıda insanın mutlaka okuması gereken bir kitap. Kitapta yazar bizi İran'a götürüyor ve ülkenin 1960'lı yıllardan başlayıp 2000'li yıllara uzanan kırk yıllık dönemini anlatıyor. Bunu da
Payıma Düşen
Payıma DüşenParinoush Saniee · Yordam Kitap Yayınları · 20201,545 okunma
512 syf.
10/10 puan verdi
·
5 günde okudu
Payıma Düşen’i okuyana kadar İran edebiyatından en sevdiğim kitap Albay’dı, yılın bitmesine günler kala favori listemi değiştiren bir kitapla karşılaşmaktan ve yeni bir kadın yazarla tanışmaktan çok memnunum. 1961 yılında mutaassıp bir ailenin küçük bir şehirden Tahran’a taşınmasıyla başlıyor roman. Bu ailenin okumak isteyen küçük kızının hayat
Payıma Düşen
Payıma DüşenParinoush Saniee · Yordam Kitap Yayınları · 20201,545 okunma
Reklam
420 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitab nədən bəhs edir?
İranın siyasi-ictimai həyatından bəhs edən təsirli kitabdır. İranda yaşayan 16 yaşlı qızın təmiz sevgisi məhv edilir. Onu sevmədiyi oğlanla evləndirirlər. Min bir əziyyətə qatlaşır. Həyat yoldaşının əqidəsi tamam fərqlidir.Ailəyə və xanımına laqeyddir. Həmid ali təhsillidir. Hüquq fakültəsini bitirmişdir. Amma solçu idi. O gizli bir təşkilatın üzvü idi. Daha sonra Həmid tutulub həbsə atılır. Məsumə yaşadığı bu illər ərzində məktəbi bitirir. Üniversiteti girir. Daha sonra qaynatasının köməyi ilə idarədə işləyir. Uşaqlarını və özünü dolandırır. Kamil və ağıllı bir qadına çevrilir. Çox əziyyətlərə övladlarına görə qatlaşır. Həmid həbsdən çıxır. Yenə siyasi fəaliyyətə başlayır. Yenə tutulub həbsə atılır. Həbsdə vəfat edir. Daha sonra oğlu Siyamək mücahidçilərə qoşulur. Oğlu da siyasi fəaliyyətinə görə həbs olunur. Oğlu 1 il sonra həbsdən çıxır. Onu xaricə qaçaq keçirirlər. Orada universitetə girib bitirir. Məsud isə əsgərliyə gedir. Müharibədə əsir düşür. Daha sonra öz vətənində qəhrəman kimi qarşılanır. Məsud universitetə girirvə oranı da bitirir. Məsumənin balaca qızı Şirin də universiteti bitirir. Beləliklə Məsumənin uşaqları evlənir və o tək qalır. Bu anda o 30 il sonra illər əvvəl itirdiyi gənclik eşqi Səidi tapır. Səid Məsumə ilə ailə həyatı qurmaq istəyir amma övladları razı olmurlar. Övladlarına görə çəkdiyi əziyyətlərə heyfslənən ana daha yalnızlığı, taleyi ilə barışır.Səidə rədd cavabı verir.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,545 okunma
420 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Önyarğı ilə yaxınlaşdığım kitab idi. Amma oxuduqca Məsumə ilə böyüdüm, yaşlandım, həyatın hər üzünü gördüm sanki. Həyat sürprizlərlə doludur, hər an hər şey ola bilər. Çox təsirli və axıcı kitabdır, hər kəsə şiddətlə tövsiyyə edərəm.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,545 okunma
420 syf.
9/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Spoiler ola bilər!
Bu dəfə kitabı incələyərkən heç bir obraza deyil, kitabdakı qadın obrazının hisslərinə toxunmaq istəyirəm. Qadın ata evində atasının namusunu, ər evində ərinin namusunu, bir müddətdən sonra isə övladlarının rifahını düşünərək yaşayar. Məsumə istəmədiyi izdivaca məcbur edilir.Ailə həyatında yaşadıqları onun seçimi olmasa da,bir qadın əzmi ilə bunun da öhdəsindən gəlməyə çalışır. Öz istəklərinə deyil, övladlarının istəklərinə boyun əyir. Qadın olmağın nə qədər məsuliyyətli və çətin bir öhdəlik olduğu kitabı oxuduqdan sonra zehnimdə qoyduğu ilk iz oldu. Məsuməni anlamaq üçün qadın olmaq gərəkdir deməyəcəyəm... Çünki qadın ruhundan anlayan kişilər də çoxdur bu həyatda..
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,545 okunma
420 syf.
7/10 puan verdi
Bir söz var "mən Qurani Kərim oxuduğum üçün müsəlman oldum . Müsəlmanlara baxsam müsəlman olmazdım" bu kitabı oxuduqda bunun anlamını daha yaxşı anlayırıq . Hər cür səhvi günahı edib sonra isə dinin arxasına sığınmaq. Kitabda bir gənc qızın həyatından söz edilir . Ailəsinin ona göstərdiyi şiddət onu günahlandırması və s. Şeyləri görmək mümkündür. Son zamanlar gündəmdə olan bir kitabdır və İranda olan adət ənənələri , müharibəni və baş qəhrəmanın çəkdiyi əziyətlərdən bəhs edir. Əsasən də ailəsinin ona davranışları onu yaralayır . Məsumə təhsilinə önəm verən və gələcəkdə müəllimə olmaq istəyən gənc qızdır. Bir çox xəyalları var amma ailəsi onun oxumağını istəmir . Ona arxa olan tək atası vardır. Bir gün Məsumə aşiq olur və uzaqdan sevir . Ailəsi bunu bildikdən onun həyatı dəyişir .
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,545 okunma
420 syf.
·
Puan vermedi
Kitabı uzun zamandır ertəyirdim,səbəbi isə məni İrandakı qatı qanunların sıxacağını düşünürdüm və özümü hazır hiss etmirdim. Təbii ki, əvvəlcədən oxumadığım üçün peşman oldum. İlk dəfə Qanun nəşriyyatının kobud səhvləri ilə qarşılaşdım hansı ki, səhifələrdə çatışmazlıqlar və təkrarlar var idi. Ama buna baxmayaraq, kitab o qədər möhtəşəm idi ki,bu problemlər məni qıcıq etsə belə məni kitabdan soyutmurdu. Əsərdə hisslər o qədər insana keçirdi ki, xəbəriniz belə olmadan özünüzü hadisələrin içində tapırdınız ,sanki, o hissləri siz də yaşayırsınız ,o qanun çərçivələri sizə də qoyulub. Normalda kitabları yavaş- yavaş oxuyan biri olaraq bu kitabı bir su içimində oxuyub bitirdim. * Spoiler* Bir qadının hər şeyə rəğmən oxumaq, təhsil almaq sevgisinin bitməməsi mənə yüksək motivasiya qazandırdı. Düşünürəm,hər bir qadının kitabı oxuyub savada, biliyə sahib olmağın, öz ayaqları üstündə durmağın bir qadın həyatındakı vacibliyini dərk etdirəcək bir əsərdir. Məsumədə oxumaq həvəsi olmasa, sadəcə yaşıdları kimi “ərə gedib”, “uşaq baxmağı” özünə borc bilsə idi, bu qədər güclü olub hər kəsi qarşısına alaraq, müxtəlif mübarizələr apararaq uşaqlarına ali təhsil verib, onların gələcəyini quran qadın olmazdı. Bununla birlikdə o həm də çox fədakar qadın idi. Fədakarlığı ucbatından sonda tək qaldı və ürəyindəki sönməyən məhəbbəti də övladlarına qurban verdi…
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,545 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.