Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nadir Şah

Yunus Oğuz

Yorumlar ve İncelemeler

Tümünü Gör
512 syf.
·
Puan vermedi
Yunus Oğuz-Nadir Şah
Çobanlıqdan sərkərdəliyə ordan da hökümdarlığa uzanan bir həyat. Şah şərqin son böyük fatehidir. Nadir hərb sənətini anasının bətnində öyrənmişdi sanki. Hec bir hərbi təhsil almadan bu qədər uğur qazanmaq tarixdə nadir görülən hadisələrdəndir. Şahımız adının haqqını verir. İndi isə qısa olaraq Şahın etdiklərini yazmaq istəyirəm. Nadir sərkərdə olduqda ölkə hər tərəfdən işğal edilmişdi. Əfqanlar osmanlılar və ruslar ölkəni işğal etmişdilər. Son hökmdar Hüseyn əfqanlar tərəfindən qaçırılmışdı. Azərbaycanı osmanlilar, Xəzər sahili əraziləri isə ruslar işğal etmişdi. Nadir bütün rəqiblərini məğlub edib onları ölkeden qovdu. 1736-cı ildə Suqovuşanda qurultayda özünü Şah elan etti. Növbəti hədəfi Moğol imperyası oldu. Hindistan səfərindən çox böyük sərvətlə geri döndü. Qələbələrin ard arda düzülməsinə baxmıyaraq ölkədə üsyanlar bitmirdi. Hətta üsyanların birində Nadirin qardaşı İbrahimdə qətlə yetirildi. Üsyançılar İbrahimin cəsədini məzardan çıxardıb ağacdan asıdılar, Onu da ağacla bərabər yandırdılar. Nəhayət 1747-ci ildə Nadir öz sərkərdələri tərəfindəh qətlə yetirilir. Beləcə tarixin gördüyü ən böyük cahangirlərdən biri həyata gözlərini yumdu. Kitab dediyim hadisələrin romanlaşdırılmış halıdır. 585 səhfə olmağına baxmayaraq kitabı əlinizdən yerə qoymayacaqsınız. İndidən hərkəsə xoş oxumalar.
Nadir Şah
Nadir ŞahYunus Oğuz · İleri Yayınları · 20106 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.