Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Norveç Meşəsi

Haruki Murakami

Norveç Meşəsi Sözleri ve Alıntıları

Norveç Meşəsi sözleri ve alıntılarını, Norveç Meşəsi kitap alıntılarını, Norveç Meşəsi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Heç vaxt özünə yazığın gəlməsin. Ancaq bəsit adamların özünə yazığı gəlir"
Sayfa 355 - Naqasava-VatanabeKitabı okudu
Başa düşürsən? Dünyada o qədər adam var ki, kimisə məcbur eləməkdən, ya da məcbur olmaqdan xoşları gəlir. Ora-bura qaçırlar, bağırırlar ki, kimsə onları nəyəsə məcbur edir. Ya da özləri kimisə məcbur edirlər. Belə şeylərdən xoşları gəlir. Amma mənim xoşum gəlmir. Sadəcə, başqa yolum qalmır.
Sayfa 249
Reklam
Ehh..
- Axı mən özümü çox tənha hiss eləyirəm. Bu, dəhşətlidi. Bilirəm, belə naqolay alınır. Gic-gic danışıram, sənin zəhləni tökürəm. Çərənləyirəm, səni ora-bura dartıram. Axı, bunları eləyəcəyim başqa heç kimim yoxdu. Bu iyirmi ildə mənim nazımı çəkən kimsə olmayıb. Anam da, atam da eləydi, sevgilimin də onlardan bir fərqi yoxdu. Mən şıltaqlıq eləyəndə o hirslənir. Sonra da dalaşırıq. Belə şeyləri səndən başqa heç kimə deyə bilmirəm. İndi də elə yorulmuşam ki, daha dayana bilmirəm.
Sayfa 330 - 01.18
-mən ölüm barədə (elə həyat barədə də) belə sadə düşünə bilmirdim. Ölüm, həyatın o biri üzü-zadı deyildi. Ölüm "mən" adlanan şeyin içindədi və bu gerçəyi dəyişmək mümkün deyil.
Sayfa 39
Hayat işte böyle
"Odur ki, özünü çox da üzmə. Sən neynirsən elə, lap heç nə eləmə, həyat öz-özünə axıb gedəcək. İnsanın əzab çəkmək vaxtı gələndə, o, mütləq əzab çəkməlidi. Həyat, bax, belə qəliz məsələdi. Bəlkə də, sənə elə gəlir ki, mən həddən artıq ali şeylərdən danışıram, amma məncə artıq sənin gözlərini yavaş-yavaş həyata açmağın vaxtıdır. Mənə elə gəlir ki, hərdən sən həyatı özün istədiyin axara salmaq üçün çox cəhd eləyirsən. Əgər sən də bir gün gözünü ruhi xəstəxanada açmaq istəmirsənsə, onda ürəyini aç və bədənini həyatın axınına təslim elə."
- Düzünü de, heç vaxt, heç vaxt unutmayacaqsan məni, eləmi? O, sakitcə, demək olar ki, pıçıltı ilə soruşdu. - Həmişə xatırlayacam. Heç vaxt, heç vaxt unutmaram səni, Naoko! Amma, deyəsən, xatirələr harasa yox olur, odur ki, çox şey artıq yadımdan çıxıb.
Reklam
- Mən elə də güclü adam deyiləm. Əgər heç kim məni başa düşmürsə, mən buna laqeyd qala bilmirəm. Elə adamlar var ki, onların məni başa düşməyini istəyərdim. Sadəcə, düşünürəm ki, əgər başqaları məni başa düşmürsə, buna görə özünü öldürməyə dəyməz. Mən belə başa düşürəm. Amma başqalarının məni başa düşməməyini eynimə almadığımı deyəndə, o yanılır.
Sayfa 306
Çünki mən belə adamam, hər şeyi kağıza köçürməyənə qədər, heç nədən baş aça bilmirəm.
-Nədənsə asılı olmaq xoşuma gəlmir. -Sənə baxanda, adamın ağlına da gəlməz ki, sən məsələlərə belə ciddi yanaşırsan. -Nə bilim? Bəlkə də. Bəlkə də, elə buna görədir ki, adamlar mənə çox da yaxınlaşmırlar. Xasiyyətimə görə. Mən həmişə belə olmuşam.
Sayfa 105 - həə.
"Ölüm həyatın o biri üzü deyil,onun bir parçasıdır"
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.