Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

OdƏrlər

Şəmil Sadiq
Uzun illər məni düşündürən, daha doğrusu narahat edən fəlsəfi bir mövzunu araşdırma romanı kimi yazmağı arzulasam da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi düşündürən süjetlə birgə yazdım. Yazdıqca tarixi-fəlsəfi fikirlərim gah həqiqətlərlə, gah fantastik ideyalarla dost oldular. Müxtəlif oxucu kütləsi üçün həm maraqlı, həm qəbuledilməz, həm mübahisəli məqamlarla, həm də aktual problemlərlə zəngin olan bir romana çevrildi. Mən məqsədimə çatdım. Millətimin şanlı tarixini və görmək istədiyim gələcəyini ürəyimin səsinə qulaq asaraq təxəyyülümün köməyi ilə yazdım. Romanın müxtəlif dünyagörüşlü insanımızın qınaq obyektinə çevriləcəyini bilirəm. Amma zərrə qədər də kimlərinsə fikrinə hörmətsiz yanaşmaq fikrində olmadım. Və bundan daima uzaq olmağa çalışdım. Əsərdəki qəhrəmanlar tanıdığım dostlarımın prototipidir. Bu qəhrəmanlar nə qədər ziddiyyətli dünyagörüşə sahib olsalar da, həmişə bir amalda bütün fikirlər üst-üstə düşür. Bu amal isə millətdir! Hər şeydən öncə millət!.. Dədə Əfəndinin söhbətlərini romana salmaqda öncə çox tərəddüdlü idim. Hətta romanın altı ay bundan öncə hazır olmasına baxmayaraq, məhz milli düşüncə tərzinin carçısı Dədə Əfəndinin söhbətlərinə görə düşünməyə qərar verdim. Və sonda heç bir düzəliş etmədən çapa göndərdim. Qəhrəmanım Arslan Sultanbəyli Türk millətinin tarixinin gizlin mətləblərini ortaya çıxartmaq üçün oxuduğum tarixi mənbələrin izi ilə Dədə Əfəndinin tövsiyələri əsasında öncə Şuşaya getdi. Əməliyyatı şərəflə və uğurla başa vurdu. Roman üç hissədən ibarət olacağı üçün bu, birinci kitabdır. İkinci kitabda Arslan Sultanbəyli Ulu Şaman Məclisinin tapşırığı ilə Çinə, üçüncü kitabda isə Vatikana getməlidir. Ümid edirəm ki, oxucuları intizarda saxlamadan ikinci və üçüncü kitabları da yaza- 4cağam. Yəqin ki, oxucuların münasibəti digər kitabların yazılması üçün böyük stimul verəcək. Romanın ərsəyə gəlməsində bir çox mütəxəssisdən və dostlarımdan məsləhətlər və dəstək aldım. Onlardan həmişəki kimi ilk oxucum, tövsiyələri ilə daima düzgün yolu göstərərək dəstək verən həyat yoldaşım Zülfiyyə Sadıqovaya, coğrafi xəritələrlə işləməkdə daima yardım edən coğrafiyaşünas Famil İsayevə, tarixi faktları dəqiqləşdirməkdə hər zəngimə və çağırışıma səs verən tarixçi Amil Həsənova və arxeoloq Elvin Əliyevə, işğal altında olan bölgələrimizi uzaqdan da olsa, görməyimə və dağlar-dərələrlə tanış olmağım üçün mənimlə bərabər gecəsinigündüzünə qatan Rahil Zülfəliyevə, ingilis dilli mənbələri araşdırmaqda yardım edən Fərid Hüseynliyə, zəngin kitabxana və materiallarla təmin edən Əli İbrahimbəyliyə, hərbi terminləri dəqiqləşdirməyimdə yardım edən keçmiş döyüşçümüz Heydər Rəhimova, qazimiz Kənan Nəcəfov və Sevindik Mehman ilk oxucu kimi tənqidi münasibətlərinə görə tanınmış ziyalılarımız Müşfiq XANa, Elçin Əlibəyliyə, Cəlil Cavanşirə, Elxan Nəcəfova, Yusif Alı Afşara, Zöhrə Cəfərovaya, Günel Məmmədovaya və adının çəkilməsini istəməyən və XÜSUSİ məsləhətlər verən dostlarıma dərin minnətdarlığımı bildirirəm. Daima stumul aldığım, əsərləri ilə həyat konsepsiyamı formalaşdırdığım ustadım, romanın ilk oxucusu, böyük yazıçımız İsa Muğannaya bir ömür boyu minnətdar olacağımı bildirməkdən qürur duyuram. İnanıram ki, süjet xətti təxəyyülümün məhsulu olan bu roman tezliklə oxucu rəğbəti qazanacaq.
Yazar:
Şəmil Sadiq
Şəmil Sadiq
Tahmini Okuma Süresi: 6 sa. 21 dk.Sayfa Sayısı: 224Basım Tarihi: 2017Yayınevi: Hədəf nəşriyyatı
ISBN: 9789952464818Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
224 syf.
·
Puan vermedi
Şəmil Sadiq - Odərlər
Əsər, Nalyığanın xüsusi bir nalı tapmaq üçün uzaq dağ kəndinə, daha sonra isə eyni məqsədlə Lahıcdaki nalbənd Ata kişinin yanına göndərilməsiylə başlayır. Nalyığan Lahıcda heç gözləmədiyi şəraitə düşür və bu, onda çaşqınlıq yaradır. Hadisələrin sonraki irəliləyişi daha maraqlıdır. Hadisələr, 5 Odər - Arslan, Altay, Məhəmməd, Elçin, Ayxanın Şuşa
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
Beğendi
Hərbi xidmətdə idim. 8 günlük məzuniyyətə gələndə, kitabevindən alıb, özümlə aparmışdım. Bir gün təlimdə idik. Səhv etmirəmsə, 17 kilometr qaçıb, gəlmişdik. İstirahət vaxtımda əlimə aldım və oxudum.. Bilmirəm, kəşfiyyatçı olmağımın verdiyi hiss idimi, türkçü olmağım idimi kitabı axıcı sürətlə oxudum. Həmin an keçirdiyim hissləri bura bölüşməklə bitməz. Gərək həyacanını da yaşayasan...
OdƏrlər
OdƏrlər
Şəmil Sadiq
Şəmil Sadiq
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
224 syf.
1/10 puan verdi
·
5 günde okudu
Güzel bir eser nasıl mahvedilir? Yine uzun inceleme
Öncelikle kitap askeri istihbarat, derin devlet, tarih, fantazi vs içeriyor. Yazar İsa Muğannanın yolundan gitmiş, bir çok fikirleri ondan almış, kabul edile bilir. Ama kitapta 3 büyük (ve bununla da eseri gömmüş), 1 küçük hata yapmış. 1. Eğer adaletli olamıyorsanız, barii tarafsız olun. Yazar tarafsız olmalı diye bir safsata yazacak değilim, ama
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
224 syf.
·
Puan vermedi
Ölüm var ki, həyat qədər dəyərli..
Qarabağ münaqişəsinə həsr olunmuş ilk böyük əsərlərdəndir. Hansı ki, hələ torpaqlar alınmamışdan əvvəl(2012-ci ildə yazılıb) bütün bu günləri ön görmüş, Şuşa əməliyyatı barədə belə məlumatlarla dolu bir kitab. Kitab tam olaraq vətənpərvərlik, din, mif və s. mövzudadır deyə dəyərləndirməyimiz yalnış olardı. Sözdə yox, əsl humanizimlik bəxş edilən və əslində insanları tək birləşdirənin amal olduğunu göz önünə sərən kitabdır. Bir çox maraqlı nüanslara toxunulmuşdur. Din barəsində də özünəməxsus düşüncələrini paylaşmışdır yazar. Həmçinin, Dədə Qorqud, misri qılınc və başqa dinlərlə bağlılıq, ən çox maraq etdiyim məqamlardan biri də beş guşəli ulduz oldu. Heç bir fanatiklik etmədən toxunduğu mövzularda dəyərli izlər buraxmışdır yazar. Şəxsən yazarla tanış olub, bu kitab barəsində olan düşüncələrini eşitmək şansı da qazandım. Əziz dostu İsa Muğanna yazara dediyinə görə o özü yazmayıb, yazdırıblar. Məncə, doğru adlandırmadır. Kotabı oxuduqca bu cümləyə sizlər də haqq qazandıracaqsınız. Hər kəsin oxumağını tövsiyə edirəm. Kitab 5 kəfiyyatçının(Ulu Şaman adlı gizli təşkilat) həyatı, mübarizəsi, eşqi- ümumən hər kəsin içindən birini tapa biləcəyi nadir əsərlərdəndir. Və Dədə Əfəndinin nəsihətləri. Başqa bir pəncərədən baxmaq şansı qazanacaqsınız. Xoş mütaliələr.
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.