Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Orada Olacaqsanmı?

Guillaume Musso

Yorumlar ve İncelemeler

Tümünü Gör
320 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Bir kitab düşünün. Zaman səyahəti edə biləcəyiniz bir kitab. Hansı ki, oxuduqca 30 il əvvəlki özünüzlə qarşılaşsanız nələri edərdiniz kimi suallarla dolu olur beyniniz. Kitab hədsiz axıcı və ən ən həssas hisslərə qapılacağınız bir mövzunu əhatə edir. Yəqin ki, uzun müddət bu hisslərin təsirində olacağam. Musso sevgi-drama mövzulu bu kitabı ilə məni digər kitablarını oxumağa həvəsləndirdi deyə bilərəm
Orada Olacaqsanmı?
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201836 okunma
Reklam
320 syf.
·
Puan vermedi
Keçmişə qayıtmaq şansınız olsaydı, həyatınızda nəyi dəyişərdiniz??? Bu dəfə sualla başlayaq... cavab vermək istəyənləri yorumlara gözləyirəm. Eliot taleyǝ çox inanırdı: ǝgər bir şey baş verməlidirsə, heç bir qüvvə onun qarşısını ala bilməz. İnsan taleyin gücü qarşısında çox acizdir. Salam dostlar. Havanın üzünü yaza doğru çevirdiyi vaxtda hamınıza xoş həftəsonu diləyirəm. Mənim isə təəssüf ki, ayağımdakı narahatlıq davam etdiyi üçün hələ gəzməyə çıxa bilmirəm. Ona görə vaxtımı kitab oxumaqla dəyərləndirirəm. Sizlərə daha əvvəl Qız və gecə kitabıyla tanış olduğum G.Mussonun Orada Olacaqsan mı? kitabıyla gəldim. Kitab tam bir həyat dərsi oldu mənim üçün. Bir kitab səni düşündürürsə deməli o kitabı oxumursan, yaşayırsan. 60 yaşlı Eliotun sevdiyi qadını ölmədən görmə arzusu onu 30 il əvvələ qaytarır. Keçmişi dəyişərək sevdiyi qadını ölümdən xilas etməyə çalışarkən, digər tərəfdən qızını itirmək təhlükəsi ilə qarşılaşır və olduqca çətin seçim qarşısında qalır. Mən kitabı oxuyarkən çox düşündüm. Nəyi dəyişərdim deyə... Keçmişimizdə etdiyimiz səhvlərin bizi bugünə güclü bir insan olaraq hazırladığını düşünən insan olmuşam həmişə. Əgər doğulanda bir gün öləcəyimi bilsəydim, yəqin ki, doğulduğum günə qayıdıb... heç yaşamamağı seçerdim... başqa heç nə.... Kitabı sevərək oxudum. Tövsiyyə edirəm ki, sizlər də oxuyasınız.
Orada Olacaqsanmı?
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201836 okunma
320 syf.
9/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Hər kəsə salam. Bu kitabı mağaza rəfindən seçən zaman sonradan məni özünə cəlb edəcəyini düşünməzdim. Yazarın adını eşitməmişdim deyə ötəri yanaşaraq almışdım. Yanılmışam. Yazarın güclü qələmi var imiş. Kimlər oxusa peşman olmaz fikrimcə. Keçmişlə gələcək arasında yaşanan hadisələr oxuduqca insanda maraq doğurur. Əsərdə çox sevdiyim münasibətlərdən biri ata-qız sevgisi idi. Bundan əlavə Eliotun sevdiyi qadına(İlenaya) bəslədiyi məhəbbət də buna əlavədir. Matla Eliot arasındakı dostluğa da özəndim doğrusu. Kaşki mənimdə əhatəmdə elə biriləri olsaydı :) Kitabı oxuduqca oradakı dünyaya mən də daxil olmuşdum sanki. Bəlkə də ona görədir qəhrəmanlara qarşı duyduğum yaxınlıq hissi :) Kitabla bağlı yazacaq çox şey var , amma spoiler olmasın deyə qeyd etmirəm. Oxuyan hər kəsə xoş mütaliələr÷}
Orada Olacaqsanmı?
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201836 okunma
320 syf.
·
Puan vermedi
Həyat və Yaşam❤
‍Guillaume Musso-Orada olacaqsanmı? Elə bir kitab oxuyacaqsız ki,oxuduqca bir möcüzəyə,min bir xəyala inanacaqsınız.Keçmişdə yarım qalmış,gələcəkdə taleyi hələ bəlli olmayan arzularınız yaranacaq.Bütün istəklərinizin,bütün xəyal və ümidlərinizin gerçəkləşməsi sizi çox xoşbəxt edəcək.Bunun üçün taleyin rolunu dəyişmək lazım gəlsə belə düşünmədən bunu edəcəksiniz. Möcüzələr var və onları biz,özümüz yaradırıq.Sonra reallaşdırırıq.Gücümüz və sevgimiz bütün möcüzələrə səbəb olur.Peşmançılıqlarla dolu bir həyat yaşamaqdansa,möcüzələrlə dolu bir həyat yaşayın.Sevin,sevilin və yaxşılıq edin.Arzularınızın qanadlanmasına,uçub sizi xoşbəxt etməsinə şərait yaradın.Siz möcüzənin özüsünüz və bunu bilərək yaşamağa davam edin. Bir gün hər kəs orda olacaq.Kimisi özünə baxanda gülümsəyəcək,kimisi isə özünə baxmağa çəkinəcək.Həyatınızı özünüzə hər zaman gülümsəyərək baxmaq üçün yaşayın. Mən orda olacağam.Özümə-Səni dünyanın ən xoşbəxti etmək üçün çox çalışdım və bununla da Səni qürurlandırdım deyəcəyəm❤. Bəs Siz?! Kitabın qiyməti:9.99 Azn Kitabın alındığı yer:@libraff.az #bookblogger #book #books #oradaolacaqsanmı #guillaumemusso #life #love #instagram #kitab #super
Orada Olacaqsanmı?
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201836 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.