Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Pinqvinlər uçur, Mari

Fəridə Məmmədova

Pinqvinlər uçur, Mari Gönderileri

Pinqvinlər uçur, Mari kitaplarını, Pinqvinlər uçur, Mari sözleri ve alıntılarını, Pinqvinlər uçur, Mari yazarlarını, Pinqvinlər uçur, Mari yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Günahsız adamlar kimi yalnizam. Günahsız adamlari Tanrı belə unudurmuş....
Reklam
Əziyyət çəkmək, ev tikmək, ailə qurmaq, uşaq böyütmək və daima nələrdənsə şikayətlənmək əvəzinə insanın bir pəncərənin önünə çəkilib səssizcə, səbrlə ölümü - sonu gözləməyi daha məntiqəuyğun deyilmi?
Qolları keyiməyə başlamışdı. Çevrilib yanı üstə uzandı. "İnsan nə qədər axmaq varlıqdır" , - deyə düşündü. Milyon illər öncə mağaralardan çıxıb, meşələrdən ayrılan, təbiətdən qopub özünə daldalanacaq düzəldən, ev tikən, özünü azad elan edib təbiətin bir hissəsi olmaqdan boyun qaçıran və inkişaf etdiyini düşünən insan yanılırdı. İnsan təbiətdən qopdu, amma ayrıla bilmədi. İndi bu qədər müasir həyat, bu qədər inkişaf, icadlar insana bəs etmir. Dünən təbiətdən qaçan adam bu gün bitkiləri dibçəklərə əkib təbiəti evinin içinə daşıyır. Heyvanları da təbiətdən qopardıb özü kimi evlərə, həyətlərə bağçalara doldurur. "Axmaqlıqdır", deyə düşündü - "İnsan axmaq varlıqdır".
Sayfa 38 - "OL" MMCKitabı okudu
"Birinə güvəndiyin andan başlayır məğlubiyyətin."
Sayfa 84 - "OL" MMC
Reklam
Sanki hardasa, cümlənin harasındasa bir vergül unudulmuşdu. Və o vergül bütün bir cümlənin mənasını dəyişə bilərdi. Öz həyatını harasındasa bir vergülü unudulmuş cümləyə bənzədirdi.
Sayfa 79 - "OL" MMC
Kamü
Ona görə, əgər insan əvvəl-axır öləcəksə, bunun nə vaxt və necə olacağının heç bir önəmi yoxdur. İnsanın ən böyük problemi nə doğru, nə də yanlış olmayan həyata qatlanıb-qatlanmayacağıdır.
Sayfa 69 - "OL" MMC
- Həmişə nəsə itirmişəm kimi bir hiss olur məndə. Fikirləşirəm və nəyi itirdiyimi tapa bilmirəm. Nəyi itirdiyimi itirmişəm, deyəsən.
Sayfa 61 - "OL" MMC
- Sevgini qarışdırma, korlanacaq hər şey. Bəlkə də, elə hansısa sevginin ucbatından qopmuşuq bir-birimizdən, öz yerimizdən.
Sayfa 61 - "OL" MMC
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.