Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Pinqvinlər uçur, Mari

Fəridə Məmmədova

Sözler ve Alıntılar

Tümünü Gör
"Birinə güvəndiyin andan başlayır məğlubiyyətin."
Sayfa 84 - "OL" MMC
Reklam
Sanki hardasa, cümlənin harasındasa bir vergül unudulmuşdu. Və o vergül bütün bir cümlənin mənasını dəyişə bilərdi. Öz həyatını harasındasa bir vergülü unudulmuş cümləyə bənzədirdi.
Sayfa 79 - "OL" MMC
Kamü
Ona görə, əgər insan əvvəl-axır öləcəksə, bunun nə vaxt və necə olacağının heç bir önəmi yoxdur. İnsanın ən böyük problemi nə doğru, nə də yanlış olmayan həyata qatlanıb-qatlanmayacağıdır.
Sayfa 69 - "OL" MMC
- Sən öz əslindən ayrılmısan. Sanki səni kəsib atıblar. - Yəqin maraqsızlaşdığı üçün qopmuşam ordan. Ya bəlkə qovulmuşam nəyəsə xəyanət etdiyim üçün.
Sayfa 59 - "OL" MMC
- Həmişə nəsə itirmişəm kimi bir hiss olur məndə. Fikirləşirəm və nəyi itirdiyimi tapa bilmirəm. Nəyi itirdiyimi itirmişəm, deyəsən.
Sayfa 61 - "OL" MMC
Reklam
- Sevgini qarışdırma, korlanacaq hər şey. Bəlkə də, elə hansısa sevginin ucbatından qopmuşuq bir-birimizdən, öz yerimizdən.
Sayfa 61 - "OL" MMC
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.