Kitab - Bir psixoloji klinikada işləyən psixiatrist şiddət görmüş bir xəstə ilə qarşılaşır və onunla söhbət etməyə çalışır.O, bu üzündə qorxmuş ifadəsi olan qadına kömək etməyə çalışır .Lakin yenidən onu ziyarət etmək istədikdə çox qəribə bir şəkildə qadının otaqda olmadığını görür və ən təəccüblüsü isə xəstəxanada kimsə ele bir qadının bura gəlmədiyini,bu otaqda heç vaxt olmadığını deyir.Bəs bu qadın hara yoxa çıxmışdır? :(
_______________________________________
Bəlkə də psxiloji kitablar çox oxuduğum vəya psxiloji filmlər izlədiyim üçün kitabı oxuyarkən psixiatristin ilk dəfə o xəstə ilə danışdıqdan sonra artıq hadisənin necə olduğunu anlamışdım.Ona görə hadisələrin irəliləyişi, sonluğunu öncədən təxmin etmişdim.Amma hadisələr çox maraqlı ve sirli davam edir deyə adam sonunu təxmin etsə belə çox böyük maraqla oxuyur.Əgər maraqla,bəzi yerlərində qorxu hissi ilə yanaşacağınız kitab oxumaq istəyirsinizsə,mütləq oxuyun !