Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qarda Uçmaq İstərdim

Lucia Tumiati

Qarda Uçmaq İstərdim Gönderileri

Qarda Uçmaq İstərdim kitaplarını, Qarda Uçmaq İstərdim sözleri ve alıntılarını, Qarda Uçmaq İstərdim yazarlarını, Qarda Uçmaq İstərdim yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Fikirlərim bir-birinə dolaşıb, keçirdiyim hiss o qədər fərqli, güclü və təsirlidir ki, bir-birini qovan düşüncələrimi heç cür saxlaya bilmirəm. Kaş yüz il ötüb keçsəydi, yaşadığım ağrımı, iztirabı, çərasizliyi, sevinci həzm etmiş olaydım.
Sayfa 89 - "Bura mənim ölkəmdir!"Kitabı okudu
ancaq içimdə hərəkət edən ağ bir bulud var. Gah kədərli, gah da sevincliyəm.
Sayfa 74 - "Mən kim idim? İndi kiməm?"Kitabı okudu
Reklam
- Sizcə, həsrət nə deməkdir?- müəllim soruşdu. - Bəs sən? - müəllim məndən soruşdu. - Sən kimçün darıxırsan? Kaş bunu deməyə cəsarətim olaydı. Başımı aşağı saldım və gözlərim doldu, çünki hiss edirəm ki, nəsə çatışmır, nəsə itirmişəm, amma bilmirəm nəyi və onun xiffətini çəkirəm, əgər həsrət bir kölgəni, xatirəni, rəngləri, uzaqdakı səsləri qucaqlamaq deməkdirsə.
Sayfa 40 - "Nənəcan, haralardasan?"Kitabı okudu
Görəsən, bütün insanların öz sirlərini gizlincə bölüşdükləri bir kimsə varmı?
Sayfa 25 - "Nənəcan, haralardasan?"Kitabı okudu
Qəfildən onların arasından quyruğunu oynadan balaca bir balıq çıxır. O, böyük balıqların yanından keçən kimi həmişə onu yeyirlər. Amma bəzən o böyüyür və yanından keçən balığı bir göz qırpımında mədəyə ötürür, gözlərini bərəldir, deyəsən, özündən yaman razıdır. Bu o deməkdir ki, balacalar da böyüklərlə mübarizədə qalib gələ bilərlər?
Sayfa 24 - "Nənəcan, haralardasan?"Kitabı okudu
Fərqli olan xarakterlərdir, insanların hamısı eynidir. Hamı eyni cür ac olur, eyni cür susuzlayır, hamının qanı qırmızıdır, eyni cür qarınları ağrıyır, xəstələnirlər.