Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qisas Gecəsi

Elxan Elatlı

Qisas Gecəsi Gönderileri

Qisas Gecəsi kitaplarını, Qisas Gecəsi sözleri ve alıntılarını, Qisas Gecəsi yazarlarını, Qisas Gecəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mübariz İbrahimov
"Qisasımı aldım sizdən. Öldürdüyümü öldürdüm, siz isə qorxudan xəstəliyə tutulacaqsınız. Siz hamınız! Bütün millətiniz! İndi isə ölümüm də öz əlimdədir. Məni diri tutub heyfinizi çıxa bilməyəcəksiniz..."
MÜBARİZ İBRAHİMOVKitabı okudu
"Siz övladınıza bu qədər bağlı olmayın. Vallah bu günahdir. Siz məni elə bil Allahdan da,Vətəndən da çox istəyirsiniz. Belə olmaz, axı? Birinci gərək Allahı sevəsən, sonra Vətəni, sonra övladını.."
Reklam
Birinci Bölüm.
"Qeyrətlilər torpaqlarının düşmən əsarətində olmasından xəcalət çəkirdilər, o birlər isə barlara getməyə pul tapmadıqlarından."
Yox, ata, bilirsən mənə təsir edən nədir? Bakıda qalmaq istəyənlərin bəzisi işğal olunmuş rayonlardan idilər. Təsəvvür edirsən? Doğma ev-eşiyi düşmənin əlindədir, bu rahat yer axtarır.
Səngərləri basaq keçək, Türk bayrağın asaq keçək. Yeni tarix yazaq keçək, Qoy qayıtsın şöhrət-şanım, «İrəli!» de, komandanım!
Reklam
Uzun, incə bir yoldayım, Gediyorum gündüz-gecə. Bilmiyorum nə haldayım, Gediyorum gündüz-gecə...
Aşıq VeysəlKitabı okudu
Dağılsın belə dünya! Dağılsın belə zəmanə!
176 syf.
·
Puan vermedi
·
7 saatte okudu
Əsəri bir oxucu deyil, vətəndaş kimi qiymətləndirmək istərdim. Əsərin baş qəhrəmanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Onun anadan olmasından, hərbi məktəb oxumasına və şəhid olmasına qədərki mərhələ əsərin süjetini təşkil edir. Anadan olduğu zaman belə digər yaşıdlarından fərqlənən Mübariz hərbi məktəbin qarşısında bir dilənçi sandığı qadınla rastlaşdığı zaman da fərqliliyini göstərir. Daha sonra məlum olur ki, bu qadın dilənçi deyil. Onun övladlarından biri kiçik yaşlarında erməni təcavüzünə qurban olub. Digər oğlu isə Vətən uğrunda şəhid olub. Əsərdə ermənilərin iç üzü açıq-aşkar əks olunur. Əsərin sonunda Mübarizin təmas xəttini keçdiyinə rast gəlirik. Maraqlısı budur ki, düşmən bunun tək bir əsgər olduğuna inanmaq istəmir. Elə bilir ki, Azərbaycan ordusu hücuma keçib. Düşmənə ağır zərbə vuran Mübariz İbrahimov şəhadət şərbətini içir və şəhidlik zirvəsinə ucalır. Əsərdə diqqəti cəlb edən obrazlardan biri də onun sevdiyi qızdır. Baxmayaraq ki, ürəyində şəhidlik arzusu olduğu üçün o qıza sevdiyini açıq söyləyə bilmir.
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012291 okunma
Mübariz artıq öz yolunu seçmişdi və bu yoldan dönmək fikri yox idi
Altı, ya yeddi yaşı olardı. Bir gün Yaqub dayısı ilə söhbətdə yana-yana dedi: -Kaş ki böyük olardım, bir dənə də avtomatım olardı. Gecə vaxtı gedib erməni əsgərlərini qırardım. Dayısı güldü: -Yaxşı kino danışırsan. Belə kinolardan mənim də xoşum gəlir. Balaca Mübariz o vaxt yaman incinmişdi: -Mən düzünü deyirəm, dayı. Avtomatım olsa, vallah, gedərdim....
Reklam
O bir mələk idi,yerdə çox yaşaya bilməzdi.. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim bəyin dediklərindən...
Türkləri öldürmək olar, amma əsla məğlub etmək olmaz.
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Elxan müəllimin ən sevdiyim xüsusiyyəti vətən üçün çox gözəl əsərlər ortaya çıxartmasıdır. Bu kitab da onlardan biridir. Kitabı tərifləməyə ehtiyac yoxdur. Düşünürəm ki, ruhunda vətən sevgisi olan hər bir kəs tənqidsiz, tərəddütsuz bu əsərləri bir-bir oxumalıdır.
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012291 okunma
58 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.