Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Quranla Yaşamaq

Hacı Ramil Bədəlov

Quranla Yaşamaq Sözleri ve Alıntıları

Quranla Yaşamaq sözleri ve alıntılarını, Quranla Yaşamaq kitap alıntılarını, Quranla Yaşamaq en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Bir hədisi-qüdsidə Allah belə buyurur: “Sənin Mənim boynumda olan haqqına görə Mən səni çox istəyirəm”. Əslində, Allahın boynunda bizim nə haqqımız ola bilər ki?! Ancaq Allah insanla necə də gözəl danışır! Yəni insan ibadətlə, yaxşı əməllər etməklə sanki Allahın boynuna haqq qoymuş olur. Həqiqətdə isə insan Allahın boynuna heç bir haqq qoya bilməz, çünki insanın özünün əməl etməyə ehtiyacı var. Allah ona belə bir fürsət tanımasa, o, əməli edə bilməz. Bu, Allahın insanlara olan qayğısı və rəhmətidir. Lakin buna baxmayaraq, Allah Özü buyurur ki, ey insan, boynuma haqq qoydun və Mən səni sevirəm. Hədisin davamında belə oxuyuruq: “Ey insan, sənin boynunda da Mənim haqqım var”. Bu da o deməkdir ki, Allah da insandan Onu çox istəməsini tələb edir. Axı Allahın da insanın boynunda haqqı var. O, insanın Rəbbidir və onu yaradan, ona nemət bəxş edəndir. Məhz bu haqların hörmətinə görə insan Allahı sevməli, Ona bağlanmalı, Onun üçün yaşayıb Onun üçün ölməlidir."
Bəzən insanlar haram qazancın yalnız oğurluqdan ibarət olduğunu düşünürlər. Xeyr, əsla belə deyil. Gəlin mövzuya uyğun bir neçə nümunəni nəzərdən keçirǝk: a. Tutalım, bir insan hansısa müəssisədə işləyir və ona verilən məvaciblə razılaşır. Ancaq bir müddətdən sonra belə qənaətə gəlir ki, çox işlədiyinə görə müdirin də xəbəri olmadan əlavə qazanc götürə bilər. Belə bir əlavə qazanc haramdır. b. Mühafizə xidmətində işləyən bir insana xidmətdə oyaq qalmalı müddət səkkiz saat təyin edilibsə, bu zaman insan onun iki-üç saatını yatırsa, həmin yatdığı saatların müqabilində aldığı məvacib haramdır. c. Səkkizsaatlıq iş rejimi olan şirkətdə təyin edilən müddət ərzində beş müxtəlif işin icrası nəzərdə tutulubsa, işçi səhlənkarlıq üzündən, məsələn, tapşırılan beş işdən üçünü yerinə yetirib və tam məvacib alırsa, aydındır ki, yerinə yetirmədiyi iki işin müqabilində əldə etdiyi qazanc haramdır.
Reklam
Cahil İnsan
Quran məntiqinə əsasən, cahil insan biliyi olmayan insan deyil, əksinə, biliyi olub ona əməl etməyən insandır. Bir insan eyni zamanda həm alim, həm də cahil ola bilər. Həzrət Əli (ə.s) buyurur: "Bəzi elm əhlini cəhaləti öldürdü" (Nəhcül-bəlağə, 104-cü hikmət)
Sayfa 80 - İrşad NəşriyatıKitabı okudu
Bəzən bir insanı yaxşı əməl etməyə, Allah yoluna malını xərcləməyə sövq etmək istəyəndə saatlarla, günlərlə moizəyə ehtiyac olur. Lakin yenə də xeyri olmur, yaxşı işlər görmək istəmir və ibadətə qarşı qəlbində süstlük yaranır, bu da onda olan mənəvi xəstəliyin ilkin əlamətlərindəndir. Bu əlamətlər sanki bir xəbərdarlıq rolunu oynayır; insanın Allahdan uzaqlaşaraq uçuruma yuvarlanacağını xəbər verir. "Ey insanlar, sizə nə olub ki, "Allah yolunda hərəkət edin" deyildikdə ağırlaşaraq yerə yapışırsınız? Yoxsa axirətin yerinə dünya həyatına razı olmusunuz?"(Tövbə,38)
Bəzi insanlara qeybət etdiyini dedikdə "Mən qeybət etmirəm, olanı deyirəm", - deyə cavab verdiyini görürük. Ancaq fərqinə varmır ki, düzü(eybini və s.) danışmaq qeybət, olmayanı danışmaq isə böhtandır.
Allah öz kitabında insanı möhkəm, əzmli və iradəli olmağa dəvət edir. İnsanı kənardan kimlərsə yersiz tənqid etsə də, o, əzmkarlıq nümayiş etdirərək yorulmadan öz amalları yolunda addımlamalıdır. O həm də şeytan tərəfindən ona edilən vəsvəsələrə görə ruhdan düşməməlidir. Bəzən insan iradəsizlik nümayiş etdirib tövbəsini poza və nəticədə, ruhdan düşə bilər. Lakin Quran insanı maksimum dərəcədə möhkəm olmağa, xüsusən də ilahi hədəfləri uğrunda əzmkarlıq və iradə nümayiş etdirməyə səsləyir. Belə olduqda uğurun onu müşayiət edəcəyi şübhəsizdir.
Sayfa 124Kitabı okudu
Reklam
Quran məntiqinə görə, xeyirxah insan daim imanını artırmalı, Allahın yolunda nə qədər sərvət xərcləməsinə rəğmən, ibadətlərinə daha çox diqqət yetirməlidir. Bəzən kimlərsə "namaz qılmasam da, xeyir işlər görürəm",- deyir. Bu kimi insanların xeyir işləri təqdirəlayiq olsa da, bu onları namaz qılmaqdan azad etmir
Əgər insan Allaha dili ilə şəhadət gətiribsə, Onun hökmlərini də bütünlüyü ilə qəbul etməlidir. Lakin bəzi insanlar zahirdə şəhadət gətirsələr də, düşüncələri şəhadət gətirmir.
Allah Qurani-kərimdə bu dünyanın həm görünən, həm də görünməyən (metafizik) tərəfindən danışmaqla insanlara başa salmaq istəyir ki, sən yalnız bu dünyanın zahirinə baxıb, batini unutma! Çünki zahir batinin sayəsində üzə çıxır. İnsan bu aləmin necə gözəl zikr etdiyini duymalı və həmin aləmlə birlikdə Allahı zikr etməlidir ki, ruhu rahatlıq tapsın.
Alim olmaq sonuncu dərəcə deyil, insan aqil olmalıdır. Elm ağıla doğru yüksələn nərdivandır.
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.