...İnsan ürəyində iki ziddiyyətli hiss var. Yer üzündə elə adam yoxdur ki, öz yaxınının bədbəxtliyinə acımasın. Amma bu yaxın adam öz işlərini qaydaya salan kimi ona acıyanlarda nəyinsə çatışmadığı hissi yaranır. Bir az şişirdib demək olar ki, bu insanlarda yaxın adamlarını yenidən həmin bədbəxtliyə düçar etmə istəyi baş qaldırır. Dərhal passivcəsinə olsa da , hər halda, bu yaxın adamları ilə düşmənçilik etməyə başlayırlar...