Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rübailər Gönderileri

Rübailər kitaplarını, Rübailər sözleri ve alıntılarını, Rübailər yazarlarını, Rübailər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Firqət yuxusundan ayılıb səhər, Bülbül ayrılıqdan hey nalə çəkər, Deyər: “İnsaf elə, amandır, fəraq, Yanır atəşinlə xəstə ürəklər!"
Sayfa 129
Şahın qoşununu filin dağıdar, Vəzirin min qeysər, min xaqan yıxar. Mən sənin rüxünə qurban olum ki, Şahları o, atdan düşürüb salar.
Sayfa 136
Reklam
Qəmlə dost elədi camalın məni, Qızıl tək saraltdı xəyalın məni. Səninlə içərəm şərabı ancaq, Əbədi məst edər vüsalın məni.
Sayfa 106
Aşiqlər evinin dərvazəsi, bil, Olmuş çoxdan bəri bizim bu mənzil. Məhsulumuz qəmdir, bihuşuq müdam, Şadlıq bu xanənin qonağı deyil.
Sayfa 97
Sən yada düşəndə ürəyim yanır, Qanlı göz yaşıyla üzüm islanır. Ətrin məst etdikcə hər yandan məni Səbrimin köynəyi hey parçalanır.
Sayfa 125
Xərabatdan çıxan bir ay ucaldı, Fələyin damında bir çadır saldı. Qəflətən ucaldı Hatifdən bir səs: “Bu dünya bir saman çöpünə dəyməz!”
Sayfa 103
Reklam
Ey şahım, dilərəm yaşa min illər, Sayəndə bəxtiyar gün görsün ellər! Hər il min ay olsun, hər ay da min gün, Hər saat min günə olsun bərabər!
Sayfa 134
Toxunma könlünə biçarə gülün, İncitmə könlünü avarə gülün. Səbanın eşqiylə olmuşdur, ey dost, O qanlı köynəyi sədparə gülün.
Sayfa 119
Heç pozan olmadı qəza-qədəri, Doğradı ümidi eşqin xəncəri. Eşqin badəsini içdim, can verdim, Heyhat, tapılmadı eşqin gövhəri!
Sayfa 136
49 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.