Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rübailər Gönderileri

Rübailər kitaplarını, Rübailər sözleri ve alıntılarını, Rübailər yazarlarını, Rübailər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İş sənin deyilsə, bitməsin bir an, Sənə qurban olsun bu dövlət, bu can. Qəmindən başqa bir arzumuz varsa, Qızıl tək əritsin qoy məni hicran.
Sayfa 115
Dedim: məsləhət ver bizə, ey ürək! Şirin meydən içək, acıdan içək? Dedi: acıdan iç, yoxsa Şirinə Vurğun deyilsən ki, sən də Fərhad tək.
Sayfa 107
Reklam
Dözülməz bir acı zəhərdir fəraq, O, şövqi, həvəsi yandırır ancaq. Ölüm can qurtarır, böyük cəfadır – Dünyada əzizdən, yardan ayrılmaq.
Sayfa 128
Bilirdim, vəfadan xeyli uzaqsan, Bilirdim, əhdini sındıracaqsan. Axırda etdiyin düşmənçiliyi, Əvvəldən mən yaxşı bilirdim, inan.
Sayfa 124
Toxunma könlünə biçarə gülün, İncitmə qəlbini avarə gülün. Səbanın eşqiylə olmuşdur, ey dost, O qanlı köynəyi sədparə gülün.
Sayfa 119
Xalqın başında gər olsan da bir tac, Ağladar səni də bir gün ehtiyac. Xalqın dərdinə qal, ona yaxın ol, Qorx o gündən özün olasan möhtac.
Sayfa 99
Reklam
Nədən səni belə yandırdılar, şam, Yoldan çıxartdılar burda bir axşam? Sən özün dilə gəl, neyləsin, əgər Yaranmışsa ancaq yanmaqçün adam?!
Sayfa 102
Qəlbim aşiqlərin sərdəftəridir, Verilən əzaba çox müştəridir. Sərt bir daş kimidir ürəyin sənin, Dözdüm o bərkliyə çoxdan bəridir.
Sayfa 129
Xidmətdən qovulmuş bir kəsdir ürək, Adın-sanın yoxsa, həyatdan əl çək. Bu dünya elə bir karvansaradır Ki, qara pula da dəyməzmiş, gerçək.
Sayfa 97
Dözülməz bir acı zəhərdir fəraq, O, şövqi, həvəsi yandırır ancaq. Ölüm can qurtarır, böyük cəfadır — Dünyada əzizdən, yardan ayrılmaq.
Sayfa 128
Reklam
Firqət yuxusundan ayılıb səhər, Bülbül ayrılıqdan hey nalə çəkər, Deyər: “İnsaf elə, amandır, fəraq, Yanır atəşinlə xəstə ürəklər!"
Sayfa 129
Şahın qoşununu filin dağıdar, Vəzirin min qeysər, min xaqan yıxar. Mən sənin rüxünə qurban olum ki, Şahları o, atdan düşürüb salar.
Sayfa 136
Qəmlə dost elədi camalın məni, Qızıl tək saraltdı xəyalın məni. Səninlə içərəm şərabı ancaq, Əbədi məst edər vüsalın məni.
Sayfa 106
Aşiqlər evinin dərvazəsi, bil, Olmuş çoxdan bəri bizim bu mənzil. Məhsulumuz qəmdir, bihuşuq müdam, Şadlıq bu xanənin qonağı deyil.
Sayfa 97
Sən yada düşəndə ürəyim yanır, Qanlı göz yaşıyla üzüm islanır. Ətrin məst etdikcə hər yandan məni Səbrimin köynəyi hey parçalanır.
Sayfa 125
49 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.