Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sadə Ədədlərin Tənhalığı

Paolo Giordano

Sadə Ədədlərin Tənhalığı Sözleri ve Alıntıları

Sadə Ədədlərin Tənhalığı sözleri ve alıntılarını, Sadə Ədədlərin Tənhalığı kitap alıntılarını, Sadə Ədədlərin Tənhalığı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Dünyalarının yavaş-yavaş və görünməz bir şəkildə bir birinə qaynaşmasının dadını çıxarırdılar; ortaq bir ox ətrafında, gedərək daralan orbitdə fırlanan iki planet kimi idilər; çox bəlli olan taleyə görə, kosmosun və zamanın hər hansı bir nöqtəsində birlikdə inkişaf edəcəkdilər.
... Öz yalnızlıqlarını bir-birilərində itirən iki insan.
Reklam
Görəsən, bir şey olmaq ila olmamaq arasındakı sərhəd nədir?
Hardy və Ramanujanı xatırladım...
Sadə ədədlər yalnız 1-ə və özlərinə bölünə bilirlər. Natural ədədlərin əmələ gətirdiği sonsuz ardıcıllıqda öz yerlərində və bütün digərləri kimi iki başqa ədəd arasında sıxılmış olaraq dayanırlar, amma digərlərinə nisbəttə bir addım öndədirlər. Skeptik və yalnız ədədlərdirlər, məhz buna görə də Mattia onların mükəmməl olduğunu düşünürdü.
-Uşağın yoxdur? -Yox... evlənmədim. -Demək, hələ də dəyərini qoruyursan?
Həkim məkan-zaman anlayışının inkişafının şüur öncəsi bir mərhələdə dayandığını demişdi.
Reklam
-Doğurdan, dərs oxumaqdan xoşun gəlir? -Hə, -Niyə? Oğlan yavaşca: - Bacardığım yeganə şey budur, - dedi. "Dərs oxumağı, təkbaşına məşğuliyyət olduğu üçün sevirəm, çünki oxuduğun zaman hər şey onsuz da çoxdan ölmüş, soyumuş və çeynənmiş olur."
Artıq öyrənmişdi. Seçimlər bir neçə saniyədə edilir və cəzası geri qalan müddətdə çəkilirdi
Sayfa 310Kitabı okudu
Üzərində işlədikləri elm sahəsi sanki sadəcə qəribə insanları özünə çəkirdi, ya da illər ərzində onları belə qəribələşdirirdi.
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.