Salam Kədər

Françoise Sagan

Salam Kədər Gönderileri

Salam Kədər kitaplarını, Salam Kədər sözleri ve alıntılarını, Salam Kədər yazarlarını, Salam Kədər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yəni doğrudanmı, yalnız bu dodaqlara, təhrif olunmuş üz cizgilərinə, istəmədən bu zəhləm gedən çərçivələrə salındığıma görə özümü zəif və miskin hiss eləyirəm? Əgər bu çərçivələrə həqiqətən zorla salınmışamsa, onda niyə buna belə amansız, məşəqqətli şəkildə əmin olmalıyam?
Mən yaşamın boşluğunu, dəyişkənliyini, daimi xeyirxah duyguları nəzərə almaq istəmirdim. Mənim üçün ideal həyat rəzillik və alçaqlıqlar zəncirindən ibarət idi.
Reklam
Atam hesab eləyirdi ki, bütün çətinliklər uydurmadı. O, daimi sədaqət, ciddi münasibət anlayışlarını, istənilən öhdəlikləri inkar eləyirdi. O, mənə başa salırdı ki, bu məfhumların hamısı şərti və boşdur.
Axı hamımız bircə şeyə can atırıq - bəyənilməyə. Mən hələ də bilmirəm ki, bu qələbə yanğısı arxasında nə gizlənir. İfrat həyat eşqi, yoxsa tutqun, dərk olunmamış tələbat - özünəinamsızhğa üstün gəlmək və özünü təsdiqləmək tələbatı.
…sahildə uzanır, ovcumu qumla doldururdum. Sarımtıl, yumşaq qumu barmaqlarımın arasından süzərək düşünürdüm ki, zaman da beləcə axır. Düşünürdüm ki, bu sadə bir fikirdir və sadə fikirlər gözəldir.
Öz gizli xiffəti ilə məni izləyən naməlum hiss ona gözəl və dəbdəbəli ad verməyə, KƏDƏR adlandırmağa cəsarətim çatmır. O, hər şeyi elə unutduran, elə xudbin hissdir ki, az qala, utanıram ondan. Halbuki kədərə həmişə rəğbət bəsləmişəm. Əvvəllər heç vaxt kədər hiss etməmişdim. Mən ürək sıxıntısını, dilxorçuluğu tanıyıram, hərdən peşmanlıq keçirmişəm. Amma indi məni qıcıqlandırıcı, ipək kimi yumşaq bir duyğu sanır və başqalarından uzaqlaşdırır.
Reklam
Sevgi də müharibə kimidir. Vay məğlub olanın halına...
Rəhm-gözəl duyğu idi, onun qarşısında dayanmaq hərbi orkestrin musiqisi qarşısında dayanmaq qədər çətindir.
Sayfa 108 - Qanun nəşriyyatıKitabı okudu
Çünki sevgi dünyadakı ən xoş, ən gerçək, ən doğru nəsnədir. Və onq görə nə bədəl ödədiyin vacib deyil.
Sayfa 94 - Qanun nəşriyyatıKitabı okudu
Mən hiss eləyirdim ki, oyundan çıxmışam, artıq müdaxilə edə bilməyəcəyim bir tamaşanın iştirakçısıyam.
Sayfa 36 - Qanun nəşriyyatıKitabı okudu
286 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.