Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sancaqlı Kölgələr və Leyla Xuni

Xan

Sancaqlı Kölgələr və Leyla Xuni Sözleri ve Alıntıları

Sancaqlı Kölgələr və Leyla Xuni sözleri ve alıntılarını, Sancaqlı Kölgələr və Leyla Xuni kitap alıntılarını, Sancaqlı Kölgələr və Leyla Xuni en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Cəhənnəm də, cənnət də qəlbimizin əksidir. - Necə yəni qəlbimizin əksidir ? - Yəni ki, - İsa təmkinlə izah elədi - qəlbimizin içində nə varsa, o dünyada açılıb önümüzə səriləcək.
Sayfa 75 - Strauss nəşriyyatıKitabı okudu
Qarabasma görənlər və psixoterapevtlər - hansının işi daha çətin idi, görəsən ? Olmayanları görənlərin, yoxsa olmayanları görənlərə gördüklərinin olmadığını sübut etmək istəyənlərin?
Sayfa 44 - Strauss nəşriyyatıKitabı okudu
Reklam
Görəsən, mənə kənardan baxanlar beynimdəki fikir yumağını, qəlbimdəki dostsuzluğu, alnımdakı talesizliyi görürdümü ? Ümumiyyətlə mənə kənardan baxan vardımı ? Çətin! Bu bəyaz qar dumanında kimin diqqətini çəkəcəkdim ki? Baxan olsaydı da, görən olmazdı məni. Mən itməyənlər arasında yeganə tapılmayan idim.
Sayfa 8 - Strauss nəşriyyatıKitabı okudu
Yorulmuşdum. Gözlərim ayaqlarımdan, beynim gözlərimdən, ürəyimsə bütün bədənimdən daha çox yorulmuşdu.
Sayfa 100 - StraussKitabı okudu
Gələcəyi insanlar seçər, mələklər yazar, iblislər onu çalar.
Sayfa 228 - StraussKitabı okudu
Hər dəfə olduğu kimi, yenə də zaman öz sözünü demişdi. Analar ölən övladlarıyla ölməmiş, atalar kimlərisə öldürməmişdilər. Hər kəs bağrına bir daş basaraq öz taleyi ilə barışmışdı.
Sayfa 45 - StraussKitabı okudu
Reklam
Həyat hər zaman gözləniləndən daha çox şey vəd edir insana.
Sayfa 236Kitabı okudu
Gizlənməyi sevənlərin, qorxaqların, daldalanacaqların, dalanların, temizliyin ve natəmizliyin havasıydı bu.
Sayfa 7 - StraussKitabı okudu
48 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.