Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri

Əliağa Vahid
8/10
4 Kişi
16
Okunma
5
Beğeni
598
Görüntülenme
İyirminci yüzilliyin əvvəlində Bakıda ictimai-iqtisadi, mədəni həyat ildən-ilə daha dolğun məzmun alır, hər sahədə böyük bir canlanma, irəliləyiş müşahidə olunurdu. Şəhərdə yeni-yeni binalar, müəssisələr, məktəblər tikilir, maarif işləri genişlənir, getdikcə çeşidi artan qəzet və jurnallar daha çox evlərə yol tapırdı. "Molla Nəsrəddin" əhvalatları danışılmayan, "Hophop"un (M.Ə.Sabirin) şeirləri deyilməyən ailə tapmaq mümkün deyildi . ... Əlağanın on-on iki yaşı olardı (o, l894-cü ildə Bakı şəhərində dünyaya gəlmişdi). Yarıkönül getdiyi mollaxanada 0, iki il oxuduqdan sonra yoxsulluq üzündən təhsilini yarımçıq qoyub işləməyə başlamışdı. Əvvəl tütün fabrikində çilingər şagirdi, sonra dülgər işləmişdi. Atası çox erkən vəfat etdiyi üçün əmisinin himayəsində böyüyürdü. Yeni üsullu məktəblərdə isə təhsil almaq istəyinin əlçatmaz olduğunu başa düşürdü. o dövrdə Bakıda və ətraf kəndlərdə yaşayanlar arasında "meyxana" deyilən xalq şeri növü geniş yayılmışdı. Müəyyən bir səbəbdən top¬laşmış şənlik məclislərində, daha geniş miqyasla toylarda "söz qoş¬maq" qabiliyyəti olan bir neçə adam (gənc də, yaşlı da ola bilərdi) or¬taya çıxırdılar. Onlar məclisdəkilərdən birinin təklif etdiyi qafiyəli misranın məna və ahənginə uyğun bədahətən (fikirləşmədən) bəndlər deməyə başlayırdılar. Məzmun şux, yumorlu; ahəng oynaq ritmli olur, meyxananın sözləri məclisdəkilərin çırtıq çalmasıyla yaxud nağara, dəf ilə müşayiət edilirdi. Meyxana deyənlər arasında bir növ sənətkarlıq yarışı gedirdi. Məclisdəkilər daha mənalı, hazırcavab və sözü məha¬rətlə yerində işlə də bilənləri öz alqışları ilə fərqləndirir və qiymətlən¬dirirdilə. Çox güman ki, yeniyetmə Əlağanın söz sənətinə marağı, şeir qoşmaq istedadının münbit zəmini elə bu meyxana məclisləri olmuşdu. Çünki artıq gənc yaşlarında onun meyxana ustadı kimi ad çıxarması barədə müasirlərinin xatirələrində maraqlı məlumatlar mövcuddur. Əlağanın cəmiyyət həyatına fəhlə kimi gəlməyinə baxmayaraq, şerə olan marağı, həvəsi onu mütaliəyə sövq edirdi. Erkən yaşlarından dahi qəzəl ustadı Məhəmməd Füzulinin bir çox qəzəllərini əzbər bilir, Mirzə Ələkbər Sabirin satiralarının ahəngdar bəhrlərdə sadə deyim tərzindən təsirlənir, Seyid Əzimin mənzum hekayə lərini, qəzəllərini.
Yazar:
Əliağa Vahid
Əliağa Vahid
Tahmini Okuma Süresi: 13 sa. 22 dk.Sayfa Sayısı: 472Basım Tarihi: 2005Yayınevi: Lider Nəşriyyat
ISBN: 9789952417339Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
6/10 puan verdi
Jalə kimi
Qızarmış arizinə tər əcəb gözəl yaraşır, Nə yaxşl görsənir, ey gül, gül üzrə Jalə kimi! Həvayi-eşq ilə guya ki, bir şikəstə neyəm Sızıldar bədənim hər nəfəsdə nalə kimi.
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriƏliağa Vahid · Lider Nəşriyyat · 200516 okunma
Reklam
472 syf.
·
Puan vermedi
Qəzəl
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir, Eşq olan yerdə bütün aqilü-dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zindanə Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir. Eşq zəncirinin iftadəsi bir mən deyiləm, Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir. Sarılır çiyninə, gah boynuna, gah qamətinə, Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir. Bir vəfasız gül üçün naləsi dünyanı tutub, Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir. Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur, Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir. Əl götürməz bu qara gözlülərin zülfündən, Hər yetən zənn eləyər Vahidi guya dəlidir
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
Əliağa Vahid
Əliağa Vahid
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriƏliağa Vahid · Lider Nəşriyyat · 200516 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.