Bu incələməni bu dəfə Azərbaycan dilində yazacam.
Kitabın müəllifi olan Artur Konan Doylun bir sıra kitablarını oxudum(əsasən dedektiv janrında olanları) və açığı demək olar ki, hamsını bəyənirəm. Baş obrazımız Şerlok Holmsun məntiq yürütməsi, dostu doktor Uotson ilə eksperimentlər aparması çox maraqlı gələ bilər hər bir yaş kütləsinə. Bu kitabda onlardan biridir. Əsərdə Aqra xəzinəsinin yoxa çıxmasından danışılır və hadisələr bu xəzinəni axtarıb əsl yiyəsinə təhvil verilməsi oxu ətrafında dönür. Təbiiki bizim baş qəhramanlarımız bu axtarışlardan geri qalmırlar. Kitabı oxumaqla həyacan verici yerləri özünüz görə bilərsiniz. Xoş günlər diləyilə)