Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səndən Qalan Noyabr

Dilşad Talıbova

Səndən Qalan Noyabr Gönderileri

Səndən Qalan Noyabr kitaplarını, Səndən Qalan Noyabr sözleri ve alıntılarını, Səndən Qalan Noyabr yazarlarını, Səndən Qalan Noyabr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“İnsanın xoşbəxtliyi aid olduğu ailədən gəlir.”
Xatırlayırsan
Məncə,zamanın insana sadəcə,bir yaxşılığı keçə bilər;sən bir vaxtlar yaşadığın fırtınalı,ağrılı,təlatümlü günləri zəif təbəssümlə,bəlkə də yaşarmış gözlərlə,həyəcansız,sakit-sakit xatırlayarsan...
Reklam
İnsan...
Axı insan dünyaya hansısa bəşəri məqsədi yerinə yetirmək,hansısa şərəf,ləyaqət,əxlaq prinsipləri dolu missiyanı həyata keçirmək üçün gəlmir...İnsan böyük işlər görməyə,möcüzələr yaratmağa deyil,sadəcə insan olmağa,dünyanın,təbiətin kiçik bir varlığı olmağa gəlir.Səhvlərilə,düzüylə,zəifiylə gücüylə,hökmüylə.İnsan,bu dünyanın hansısa küncünə sığınıb yaşamağa,hələ gərəkirsə,xoşbəxt olmağa gəlir.
Səndən qalan Noyabr...
Sənin yoxluğun bütün fəsillərin,ayların,bayramların,ad günlərimin özəlliyini özü ilə apararaq,onları boz,mənasız bir adətə çevirdi!Noyabr gəlməmişdən kədərimə kədər qatır.Anlaşılmaz bir arzuyla mən hər noyabr səni gözləyirəm...
“Nəyisə izah etməyə çalışmayın.Dostlarınız inanır,düşmənlərinizsə onsuz da inanmayacaq”
Uğursuzluq,təsadüf,qismət...
Bəzən istəməsək də düz olmayan addımlar atırıq.Amma illər sonra hadisələrə doğru qiymət verib,baş verənləri uğursuzluq,təsadüf,qismət adlandırırıq.Onu bilirəm ki,hara qaçıb getməyimizdən asılı olmayaraq,olacaq onsuz da gəlib bizi tapır.Həyatda hər şeyin həmişə yaxşı gedəcəyinə zəmanət verəcək bir qayda yoxdur.Həmişə belə olur,hamıda...
Reklam
İllər sonra bir zamanlar sevib ayrıldığın insanla qarşılaşanda və o sənə adi,sıradan biri kimi münasibət göstərəndə və hiss edəndə ki,zaman səni onun üçün adiləşdirib,bu zaman yaşadığın xəyal qırıqlığından da sarsıdıcı əzab yoxdu.O an səndən çox şeyi alar... Hərşeydən əvvəl tənha gecələrinin sirdaşı olan müqəddəs xatirələrini əlindən alıb aparar.Sonra da şirin xəyalları,ümidləri... Yaxşısı odur ki, insan heç bilməsin,heç görməsin,bir ömür bir xəyala inanıb hələdə dəyərli olduğunu bilərək yaşasın,amma yaşasın! Öz lazımsızlığını bilib məhv olmasın!
Dost
Yadında qalsın,əsl dost pis günün dostu deyil,əsl dost sevincini səninlə bölüşəndir.Nitsşe belə bu haqda deyib: “Dostluq kədəri yox,sevinci bölüşə bilməkdir.”
Axı başqasının səhvinin qurbanı olmaq, insanı öz səhvinin qurbanı olmaqdan daha az kədərləndirir...
Bir qadın xoşbəxt deyilsə, həmin ailədə kişi də bədbəxt olur uşaqlar da. Hər halda, yəqin elə qadını da xoşbəxt edən kişidi.
136 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.