Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səyyah (Eldən-elə)

Azize Caferzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
432 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Dünya duracaq yer deyil, ey can, səfər eylə..
Böyüklərimiz yazıblar, iz və miraslar qoyublar zaman-zaman bizlər üçün. Həqiqətlərin, doğruların ardınca düşüb, insanlığı və kainatı dərk etmək, başqalarına çatdırmaq üçün ömür sürüblər. Zeynalabdin Şirvani məmləkətin səyyahı, alimi, şairi, filosofu oldu. Özü qərib oldu vətəndən, ancaq vətəni sinəsində gəzdirdi, bütün ömrü boyu gəzdiyi-gördüyü ölkələrdə, ellərdə. Yazdı, yaratdı, miras qoydu. Əsərlərini zaman gəldi diplomatlar, təhsil mərkəzləri əl-əl axtardı, soruşdu, öyrəndi. Dövrünün ən məşəqqətli izini açdı, dərviş oldu, çöllərə düşdü lakin elmdən, öyrənməkdən əl götürmədi. Şərqin ruhunu, mənəvi və ədəbi incəliklərini əhatə edir bu qəşəng roman. Əzizə Cəfərzadə qələmi o dövrə bir pəncərə açıb, oralara boylanma şansı qoyub bizlər üçün..
Səyyah (Eldən-elə)
Səyyah (Eldən-elə)Azize Caferzade · MİMTA Yayımları · 20228 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.