Torpaq Üzərinə Səcdə və İki Namazın Ardıcıl Qılınması

Seyid Məhəmməd İbrahim Qəzvini

Torpaq Üzərinə Səcdə və İki Namazın Ardıcıl Qılınması Gönderileri

Torpaq Üzərinə Səcdə və İki Namazın Ardıcıl Qılınması kitaplarını, Torpaq Üzərinə Səcdə və İki Namazın Ardıcıl Qılınması sözleri ve alıntılarını, Torpaq Üzərinə Səcdə və İki Namazın Ardıcıl Qılınması yazarlarını, Torpaq Üzərinə Səcdə və İki Namazın Ardıcıl Qılınması yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həqiqətən bu öyüd-nəsihətdir. Kim istəsə, ondan öyüd alar.
Allahdan diləyək ki, ona itaət etməkdə və Onun razılığını qazanmaqda bizləri müvəffəq etsin. Bizi günahlardan çəkindirsin.
İki namazın ardıcıl qılınması caizdir
“Bir kişi imam Rizadan (ə) namazın ən fəzilətli vaxtı haqqında soruşur. İmam (ə) cavab verir ki, birinci vaxt və əlavə olaraq deyir: Rəsulullah buyurmuşdur: Həqiqətən Allah-taala tələsdirilən xeyirli əməli sevər.” “Zöhr və əsr namazlarının vaxtı haqqında İmamdan (ə) soruşduqda, O, belə cavab verdi: Әgər günəş zəvaldan adlasa, artıq iki namazın (zöhr və əsr) vaxtı daxil olmuşdur.”
Reklam
O, dində (İslamda) sizə heç bir çətinlik yaratmadı
Peyğəmbər (s) buyurmuşdur: “İstəyirəm ki, ümmətim üçün asanlıq yaransın. İstəyirəm ki, ümmətimi çətinlik və əziyyətə salmayım.” İbn Abbas demişdir: “Rəsulullah (s) Mədinədə zöhr və əsr namazını, qorxu və ya səfərə çıxma halı olmadan, bir yerdə qıldı.” Rəvayət olunur ki, bunun səbəbini ibn Abbasdan soruşduqda, o, belə cavab vermişdir: “İstədi ki, ümmətindən heç kimi əziyyətə salmasın.” 2 Başqa bir yerdə ibn Abbasın dedikləri bu cür rəvayət olunur: “Mədinədə Peyğəmbər (s) namazını 7 və 8 rəkət qıldı: Məğrib və işa, zöhr və əsr.” 3 İbn Abbasdan nəql olunan digər bir hədisdə deyilir: “Rəsulullah (s) qorxu və ya səfər etmə ərəfəsində olmadan zöhr və əsri, məğrib və işanı bir yerdə qıldı. Peyğəmbərin (s) nə üçün belə etdiyini ibn Abbasdan soruşduqda o, dedi: İstədi ki, ümmətini əziyyətə salmasın.” 1 “Həcc”, 78 2 "Səhih Müslim", “iki namazın ardıcıl qılınması” fəsli. 3 “Səhih Buxari”, “namazın vaxtları kitabında zöhr namazının əsrin vaxtına qədər tə`xirə salmaq” fəsli.
Alından başqa digər altı səcdə üzvünün hökmü
Bu sualla bağlı İmam Sadiqin (ə) hədislərində belə bir açıqlama vardır: “Yeri tük və yundan döşənmiş məsciddə namaz qılmağın maneəsi yoxdur. Әgər namaz qılan şəxsin alnı yer üzərinə dəyirsə.”
ӘHLİ-BEYT (Ә) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ
Әhli-beyt (ə) o kəslərdir ki, Qur`an onların evində nazil olmuş və Onlar İslamı, İslam hökümlərini digərlərindən daha yaxşı, daha aydın, daha çox və daha kamil bilirlər.
SӘHABӘLӘRİN HӘYAT TӘRZİ
Məşhur səhabələrdən sayılan Cabir ibn Abdullah əl-Әnsaridən nəql edilən hədisdə deyilir: “İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə (s) birlikdə zöhr namazını yerinə yetirim.”
Reklam
Xalça, paltar və bunun kimi şeylərə səcdə edilməz.
Bir hədisdə belə nəql edilir: “Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”
Bəli, bu Allah rəsulunun səcdəsidir
“Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: “(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.”
Namaz dinin sütunudur
Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub: “Mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də, namazınızı o cür yerinə yetirin.”
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.