Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xatirələr Üçün Təşəkkürlər

Cecelia Ahern

Xatirələr Üçün Təşəkkürlər Sözleri ve Alıntıları

Xatirələr Üçün Təşəkkürlər sözleri ve alıntılarını, Xatirələr Üçün Təşəkkürlər kitap alıntılarını, Xatirələr Üçün Təşəkkürlər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Həyatdan çox şey gözləmədiyim üçün heç vaxt məyus olmuram. Təəccüblü şeylər görəndə nə həddən artıq həyəcanlanıram, nə də laqeyd qalıram. Sadəcə təəccüblənirəm. Pis adam deyiləm. Qeyri-adi də deyiləm. Ancaq arada xüsusi ola bilirəm. Güzgüyə baxanda orta statistik adam görürəm. O, bir az yorulub, bir az kədərlidir. Ancaq tamamilə düşkün deyil...
Balaca yataq otağıma cəmi bir çarpayı və paltar şkafı sığışsa da, bura mənim üçün böyük bir dünya idi. Təklikdə düşünə və xəyal qura bildiyim, ağlayıb-güldüyüm, bütün qadağaları pozmaq üçün böyüməyi gözlədiyim şəxsi məkanım. On altı yaşımda da, otuz üç yaşımda da dünyada yalnız mənim sahib olduğum yeganə məkan. Arzularımı gerçəkləşdirməmiş, hətta hələ də eyni şeyləri arzulasam da, bura qayıdacağım kimin ağlına gələrdi?
Reklam
Kaş, evi gözəlləşdirmək əvəzinə münasibətlərimizi yaxşılaşdırmağa bu qədər vaxt və diqqət sərf edəydik.
Cavablar qayalıqların altında və ya ağacların arasında gizlənmir. Cavablar düz yanımızda, gözümüzün qarşısında olur. Biz görmək istəməsək, onları heç vaxt tapa bilməyəcəyik.
Bu nəzəriyyəyə görə, bir gözün gördükləri o birindən çox cüzi müddətdə tez yaddaşa keçə bilər və millisaniyələr sonra o biri göz həmin şeyi görəndə tanışlıq hissi yaranar. Demə ki, gözlərarası optik gecikmə baş verir. Halbuki, gözlər hər şeyi eyni anda görməlidir. Bu şüuru aldadır və əslində olmayan yerdən tanışlıq hissi yaradır.
Görəsən, dörd ili nəyə sərf edəcəklərini eşitdikdən sonra peşman olmadılar ki?
Reklam
Dejavü doğmalıq, həmçinin qorxu və yadlıqla vəhdətdə olur. Bunu çox vaxt yuxu ilə bağlayırlar, lakin bəzən keçmişdə baş vermiş bir hadisə ilə də əlaqəli olur. Dejavü bir növ gələcəyi xatırlamaq deməkdir.
Dejaveku isə fransızcadan tərcümədə “artıq yaşanmış” deməkdir. Bu zaman insan növbəti anda nə baş verəcəyini əvvəlcədən bilir. Dejasenti “artıq hiss edilmiş” deməkdir. Bu psixi hadisədir. İlk dəfə gəldiyin yeri çox yaxşı tanıyırsansa, buna dejavizite deyilir. Bu nisbətən az baş verir.
Çalışmaq... Bəlkə də münasibətlərimizə məna qatan yeganə şey idi.
Məsələn, bağda əkilən güllərlə yanaşı alaqlar da bitir, quzum. Həm də öz-özünə, təbii şəkildə. Alaq sürünüb özü ilə eyni torpaqdan güc alan bitkiləri boğur. Hamımızın şeytanı “özün məhv etmə” düyməsi var. Alaq kimi. O, ilk baxışdan çox gözəl ola bilər. Lakin bağban olmasan, bunu ayırd edə bilməzsən.
45 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.