Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yeni Amazonlar Klanı

Çingiz Abdullayev
"Mobil rabitə şirkətinin rəhbəri, 200 milyon dollar sərvətə malik bu "telefon tanrısı"nın iki, ya da üç arvadı olub. Violetta isə varlı ər axtarışında olan ovçudur, amma bu dəfə onda heç nə alınmayacaq. Belələrinə indi "yeni amazonlar" deyirlər. Gənc qadınlardan ibarət bir dəstə yaranıb, onlar varlı kişiləri ovlamaqla məşğuldur. Amma Olqa ömründə imkan verməz ki, atası yüz milyonlarını təzə arvadının adına keçirsin. Deyəsən, Violetta da bundan duyuq düşüb..." Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Yeni amazonlar klanı" adlı romanında hadisələr Rusiyanın paytaxtı Moskvadakı lüks villada cərəyan edir. Köhnə Yeni ili qeyd etmək, eyni zamanda biznes sövdələşməsi aparmaq üçün elit bir kottec kirayələyərək ora toplaşan adamlar arasında daha kimlər yoxdur?! Rusiya Xarici İşlər Nazirliyinin idarə rəisi, "Rosvoorujeniye" dövlət şirkətinin ikinci şəxsi, xarici ölkə səfirlərindən biri, mobil rabitə və alüminim istehsalı şirkətlərinin zəngin rəhbərləri, şou-biznes ulduzları, gözəl qadınlar... Hər şey idealdır. Amma hələ heç ziyafət başlamamış malikanədə müəmmalı və dəhşətli hadisə baş verir - milyonçu biznesmenlərdən biri onun üçün ayrılmış otaqda qətlə yetirilir. İşə Daxili İşlər Nazirliyinin rəhbərliyi qarışır, amma müstəntiqlər heç bir ipucu tapa bilmir. Nazir müavini məşhur xəfiyyə Dronqoya müraciət etməli olur. Kriminalist-ekspert əvvəlcə villaya baş çəkir, hamını dindirir. O, əmindir ki, qatil mərhumun ən yaxın adamıdır...
Yazar:
Çingiz Abdullayev
Çingiz Abdullayev
Tahmini Okuma Süresi: 7 sa. 29 dk.Sayfa Sayısı: 264Yayınevi: Teas Press
ISBN: 9789952513912Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
7/10 puan verdi
·
3 günde okudu
Köhnə yeni ili qeyd etmək üçün Moskvada kotteccdə bir yerə yığışan qonaqlar həmin axşam alüminium şirkətinin sahibi olan iş adamı Paşkovun müəammalı qətlinə şahid olurlar. Bu cinayəti kimin törətdiyini tapmağa çalışan müstəntiq Tixomolovla ilə yanaşı cinayət işləri üzrə məşhur mütəxəssis Dronqo"da bu qətli ciddi şəkildə araşdırmağa başlayır. O bu bu iş üzrə qeyri-rəsmi məsləhətçi kimi çıxış edir. Varlı kişi ovuna çıxan qadınların isə pul üçün əl atmayacaqları yol yoxdur. Onlara Yeni Amazonlar Klanı deyirlər. Kitabın 5 faizini geridə qoyduqdan sonra hadisələr olduqca maraqlı hal alır və xəfiyyə Dronqo"nun bu qətlin üstünün açılmasında göstərdiyi məharət hər kəsi ona heyran edir. Detektiv janra layiq bir şəkildə yazılmış olan bu kitab oxucularda da qəhrəmanımız Dronqo"ya qarşı rəğbət hissi oyadacaq.
Çingiz Abdullayev
Çingiz Abdullayev
Yeni Amazonlar Klanı
Yeni Amazonlar Klanı
Yeni Amazonlar Klanı
Yeni Amazonlar KlanıÇingiz Abdullayev · Teas Press · 028 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.