Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zirzəmi Quşu

Feriba Vefi

Sayfa Sayısına Göre Zirzəmi Quşu Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Zirzəmi Quşu sözleri ve alıntılarını, sayfa sayısına göre Zirzəmi Quşu kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bu evə köçəndə buraları sevməyi qərara aldım. Əgər bu qərara gəlməsəydim, ola bilərdi ki, heç vaxt buraları sevməyim.
Hər yerdə qədimi evləri söküb, yerində bina tikirlər. Viran qalmış evlərin toz-torpağa bulaşmış qızılgül kolları, yasəmən salxımları heç şairlərin də dərdinə dəyməz. Qədimi evlərin arxasında dəmir şəbəkə qapılı, kiçik eyvanlı adda-budda yeni evlər gözə dəyir. Məhəlləmiz gün eynəyi taxıb saçlarını arxaya darayan, amma ayaqqabıları həmişə yırtıq olan Cəfər Eşqiyə bənzəyir.
Reklam
Əmirlə mən parkda gəzişib bir-birimizin gələcəyini tapırıq. Mən həmişə ən yaraşıqlı qocaları seçirəm. Keçəl, gözləri zəif görən birini göstərib, "bu sənin gələcəyindir", - deməyə ürəyim gəlmir. Əmirsə əzilib-büzülmüş köhnə kağız parçasına bənzəyən bir qarını mənə göstərib "İyirmi ildən sonrakı sənsən", - deyir.
Binanın komendantı divara yazıb yapışdırdığı kağızda möhtərəm sakinlərindən uşaqlarını istirahət saatlarında küçəyə göndərməmələrini xahiş edir. Komendant deyir: "Hər ay təzə bir kağız yapışdırıram. Elə həmin gün də cırıb atırlar". Gülür. Özünün də üç uşağı var.
Sayfa 10 - Parlaq İmzalar NəşriyyatıKitabı okudu
Azadlığı bütün ruhumla hiss edirəm. Onu dilə gətirəndə isə Əmir bu cür mühüm kəlməni kiçik və dəyərsiz hisslərlə bağlı işlətməyimə qarşı çıxır. Onunçün azadlıq bəşəri məna kəsb edir. Eləcə də tarixi bir anlamı var. Üçüncü dünya ölkələrinin birində, səsli-küylü bir məhəllənin əlli kvadratmetrlik əyri- üyrü bir daxmasında... Ah, mən axı necə bu qədər nadan ola bilərəm?
Nadir hallarda günortadan sonra ev bu cür şükuta qərq olur. Bu yalnızlıq hər gün həsrətini çəkdiyim yalnızlıqdan deyil. Daha çox kimsəsizlik kimidir. Sanki hamı çıxıb gedib, sənisə evdə unudublar.
Reklam
Bu qədər divarlara baxmağın nə faydası var axı? Yaxşısı budur, stulumu o yana çevirim. Bəzən stulun yönünü bir balaca çevirmək belə adamın halını dəyişir.
Sayfa 13 - Parlaq İmzalar NəşriyyatıKitabı okudu
Bu yalnızlıq hər gün həsrətini çəkdiyim yalnızlıqdan deyil. Daha çox kimsəsizlik kimidir. Sanki hamı çıxıb gedib, sənisə evdə unudublar.
Sayfa 13 - Parlaq İmzalar NəşriyyatıKitabı okudu
Bu yalnızlıq hər gün həsrətini çəkdiyim yalnızlıqdan deyil. Daha çox kimsəsizlik kimidir. Sanki hamı çıxıb gedib, sənisə evdə unudublar.
Bu yalnızlıq hər gün həsrətini çəkdiyim yalnızlıqdan deyil. Daha çox kimsəsizlik kimidir. Sanki hamı çıxıb gedib, sənisə evdə unudublar.
309 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.