Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

a

Aile/evlilik/ilişkiler

208 syf.
9/10 puan verdi
·
54 günde okudu
Hər kəs oxumalı!
Möhtəşəm Kitab! Evlənməzdən əvvəl mütləq oxumalısınız! Tək əvvəl deyil sonra oxuyan biri olaraq deyə bilərəm ki, oxuyun-oxutdurun! Doğan hoca ona gələn minlərlə evlilik həyatları ilə bağlı məktubları incələmiş və bəzilərini hansı ki ordan həyatımıza tətbiq edə biləcəyimiz/görməzdən gəldiyimiz/inana bilmədiyimiz həqiqətləri kitabında göstərmişdir. Ara-sıra bəzi evlilik həyatlarını oxuyanda gözlərim doldu. Ən çox da hansına? Evlənəndə imkanları olmadığı üçün evlərinə pərdə,xalça və başqa əşyaları ala bilməmişdilər. Hətta ailə yardımı belə görməmişdilər. Özləri çalışaraq əksikləri tamamlamış və xalçanı aldıqları həmin gün xalçanın üstündə oturaraq keçirmişlər Kitabdakı əsas məsələ qarşınızdakı insanın “Qorxu kültürünə” yoxsa “Dəyərlər Kültürünə” sahib olmasını analiz edib, yaxşıca dəyərləndirmə edilməsini önə çıxarır. Hər kəsə xoş oxumalar!
Evlenmeden Önce
Evlenmeden ÖnceDoğan Cüceloğlu · Kronik Kitap · 20218,5bin okunma