Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Möcüzə

Möcüzə
@miracleee0808
Möcüzə gözləməyin, möcüzəni özünüz yaradın;)
Ölənə qədər
Azərbaycan, 4 Ağustos
93 okur puanı
Ocak 2024 tarihinde katıldı
586 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Təhlilimi uzun uzadı yazmayacam.Çooox maraqlı idi, ümumiyyətlə Qaraqanın düşüncələri həmişə belə olub, musiqilərində də bilinir. Obraz olaraq Danieli çooox sevdim, Daniel obrazını çox möhtəşəm yaratmışdı. Kitabda olanların niyə belə olduğu səbəbi çox qarışıq idi beynim də, taa kii, 289-290-cı səhifəyə gəlincə, bu səhifələri oxuyanda dedim woowwww, sözün əsl mənasında Wooowww. Kitab haqda başqa nəsə yazmaq istəmirəm, Qaraqanın düşüncələri mənə çox doğmadır, insanda doğma olanı özəl hesab edib onu paylaşmaq istəmir axı:)
Şeytanın Kitabı
Şeytanın KitabıQaraqan · 2020534 okunma
Reklam
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Tənqidlərinizə açığam, yalnız hörmət və mədəniyyət çərçivəsində!
Mey Maskın həyat və yaradıcılıq yolunda baş vermiş hadisələrin yer aldığı kitab, həm də məsləhətlərlə, həyatımıza toxunub dəyişikliklər yaradacaq cümlələrlə dolu idi. Öz şəxsi fikirlərimi qeyd edim: Əvvəlcə Mey Maska çox minnətdaram, dəyərli məsləhətlərinə və qadınlara dəstək olduğu üçün. Qadın çox güclüdür, lakin ən çox basqsı altında olan
Planla Yaşayan Qadın
Planla Yaşayan QadınMaye Musk · Qanun nəşriyyatı · 023 okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Çoox Fədakar olmaqda bədbəxtlikdir!!!
DİQQƏT spoyler var! Roman sevən biri deyiləm, amma bu kitab...
Vəfa Hafiz
Vəfa Hafiz
ilə birlikdə oxuduğum kitab. Bu haqda söhbət edərkən, kitab seçimin Vəfanın seçiminə buraxdım, güvənirdim Vəfaya. Və elədə oldu, Vəfanın seçiminə əmin idim, çox möhtəşəm olan bu kitabı tövsiyyə etdi və birlikdə oxuduq. Vəfayla birlikdə oxuyurdum deyə bir başqa zövq verirdi kitab, məhz elə Vəfa ilə oxuduğuma görə bu kitabdan alıntı paylaşmadım, qısqandım çünki. Mənə elə gəlirdi ki, bu kitab ikimizə aiddir, buna görə paylaşım etməyə qısqanırdım:). Obraz olaraq Qulunu çox sevdim, aşiq oldum ona. Muradla Nuriyyəyə qaldıqda isə, məncə Nuriyyə çox fədakarlıq edirdi, Murad Səadətdən boşanıb Nuriyyə ilə evlənsəydilər daha xoşbəxt olacaqdılar, zatən indi fərqli insanlarla evli olub da, amma qəlbləri yenə bir birindədir. Nuriyyə Muradın uşağın bəhanə edirdi, amma uşaq sevgisiz ailədə böyüməkdənsə atasız böyüsə ondan yaxşı idi. Bəzən cütlüklər övladları üçün məcburi bir evin içində iki yad insan kimi yaşayırlar, amma boşansalar daha çox xoşbəxt olacaqlar, həmçinin uşaqlarda. Mənim üçün evlənməkdə, boşanmaqda xoşbəxtlikdir, çünki boşananda xoşbəxt olmadığın üçün boşanırsanki xoşbəxt olasan. Məncə Murad Nuriyyəyə bu haqda deyəndə, Nuriyyə öz sevgisini etiraf etsə idi, Murad çoxdan boşanıb Nuriyyə ilə evlənərdi və xoşbəxt olardılar. Sevgiləri nakam bitdiyi üçün isə müəllif İlyas bəyə qəzəbliyəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020778 okunma

Okur Takip Önerileri

Tümünü Gör
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Nastenkanı qınama, o bir yeniyetmə idi!
Fyodor Dostoyevski həqiqətən qəlbə toxuna bilməyi bacarır da. Şablon sözlərdən istifadə edib təhlil etməyəcəm. Nastenkanı qınayanlar olsada, mən qınaya bilmədim. Çünki Nastenkanın 10 sözündən 9-u elə kirayəşin idi, xəyalpərəstlə elə ancaq onun haqqında, ona olan məhəbbəti haqqında danışırdı. Xəyalpərəstin sanki bəxtinə elə təklik yazılıbmış. Nastenka da yeniyetmə qız idi, elə bu səbəbə görə də Nastenkanın "ümidverici" sözlərinə, vədlərinə inanmırdım, insan gənc olanda fikirləri çox tez dəyişir, nəyin ki, yeniyetmə olduqda. Nastenka kaş sonda xəyalpərəstə vədlər verməzdi, yoxsa hər şey əla gedirdi, amma bunuda Nastenkanın uşağlığına bağışladım))). Yeniyetməlik dövründə olur belə şeylər. Dostoyevskinin qələmini çox sevdim, elə yazırki sanki onu mən yaşayırmışam kimi hiss edirəm, amma Tolstoyun kitablarında elə olmadı, ona görə yarım buraxdım. Amma sonra Xəyalpərəstə də acımadım, çünki o xəyallarında həmişə xoşbəxt idi, bəlkə də elə onu yaşadan onun sevgi dolu xəyalları idi. Spoyler ola bilər! Amma bundan daha pisini yaşayan elə yeniyetmələr var ki, onlar qərarlarında daha ağıllı davranırlar. Amma təbii ki, bunu hər adam bacarmaz. Nənəsinin bu hərəkətinə görə kim zərər çəkmiş oldu sonda? Xəyalpərəst((. Məncə Nastenka kirayəşini də sevmirdi, sadəcə sancaqlı qalmış balaca otaqdan canını qurtarmaq istəyirdi, buna vasitə kimidə kirayəşini görmüşdü, bilmirəm bəlkə də həqiqətən sevirdi, amma Nastenkanın sevgisi həqiqi olsaydı ondan sonra elə Xəyalpərəstə verdiyi vədi tutardı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,6bin okunma
88 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 saatte okudu
Yazımı oxumasanızda olar, zaman çox dəyərlidir:)
O qədər də incələmə yazan biri deyiləm, amma istədim bu kitab haqqında yazım, oxuyanda nə hiss etdiklərimi yazım, çünki çox təsir etdi. Bu kitab haqda çox incələmə var, ona görə şablon sözlərdən istifadə etməyəcəm. Kitabdan ən böyük və dəyərli bir şey öyrəndim, bir insanın nə qədər empatiya hissi güclü olursa olsun, nə qədər desə ki, səni başa düşürəm, yenə də qarşı tərəfi anlamır, bir insanı o zaman həqiqətən anlayırsan ki, o insanın çəkdiklərini sən də çəkirsən, o yaşadığı hissləri sən də yaşayırsan, bax bu zaman həqiqətən anlayırsan. Ağlayaraq bitirdiyim kitab oldunnn, sözlərlə ifadə olunmayacaq hisslər yaşatdı...
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870,2bin okunma
Reklam
624 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Möhtəşəm kitab!
Oxuduğum kitablar arasında ən çoooox bilgi verən kitab. Məncə bu kitabı hər kəs oxumalıdır, çoox maraqlıdır, içində o qədər maraqlı və insanın vacib bilməli olduğu o qədər elmi məlumatlar varki... Niyə vacib? çünki insanların bir çoxu bu məlumatları bilmədiklərinə görə mənasız və yersiz düşüncələrlə öz həyatlarını zəhərləyirlər, hətta digər insanların həyatlarınıda. Müəlliflərə həqiqətən ürəkdən təşəkkürümü bildirirəm ki, bizə bu vacibi dəyərli məlumatları bir kitabda toplayıblar. Bu kitab insanın dünyagörüşünü çox artırır. Müəllifində dediyi kimi, "Əminəm ki, bu kitabı oxuduqdan sonra sizin assosiativ təpə payında yaranmış sözlərlə model daha da zənginləşəcək və ətrafdakı hadisələrə daha adekvat reaksiya verəcəksiniz".
Beyin
BeyinQalib Əsədov · Qanun Nəşriyyatı · 20232 okunma
152 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 saatte okudu
Ürəyinin apardığı yerə get:)
O qədər təsir edici idi ki... Kitabı oxuyan zaman nənə baba ilə qalmış insanların kövrəlməməsi mümkün deyil. Nənə xatirələrdən elə danışırdıki bir anlıq uşaqlıq illərini xatırlayırsan, kaşki daha çox sarıla biləydim nənə babaya deyirsən. Nənənin həm də gözəl nəsihətləridə vardı
Ürəyinin Apardığı Yerə get
Ürəyinin Apardığı Yerə getSusanna Tamaro · Qanun Nəşriyyatı · 201316,8bin okunma
288 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Düşünürəmki hər bir kəsin oxuması zəruri olan kitablardan biridə bu kitabdır. Kitabı çox bəyəndim, bəzi "lazımsız" düşüncələrin yanlış olduğunu da öyrənə bilərik bu kitabdan. Hər birimiz gələcəyin bir valideyniyik, indi narahat olmasaqda, gələcəkdə övlad sahibi olanda bu mövzuda narahatlıq yaşayacağıq, elə məhz narahatlıqlarımızın çözümü bu kitabda izah olunub, spoyler vermək istəmirəm, amma oxusanız peşman olmarsınız( Hə, bir də hərkəs valideyn olmalıdır deyə bir şeydə yoxdur, bəzi insanlar varki onlar elə övlad sahibi olmasa daha yaxşıdır, ilk növbədə özümüzü tərbiyələndirməliyik, özümüzü inkişaf etdirməliyik, hər cəhətdən azda olsa biliyimizin olması, olmamasından daha yaxşıdır, biz özümüzü nə qədər inkişaf etdirsək, gələcək övladlarımızda bir o qədər inkişaf edəcək, daha savadlı, bilikli, dərrakəli, bacarıqlı olacaq, axı övladlar valideynlərin güzgüsüdür)
Siz, uşağınız və məktəb
Siz, uşağınız və məktəbKen Robinson · Qanun Nəşriyyatı · 01 okunma
288 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Çox gözəl kitab idi. Motivasiya tipli kitaba bənzəsədə içində lazimi elmi məlumatlarda vardı. Düşünürəm ki, yerli yazarlarımızada üstünlük vermək lazımdır və motivasiya tipli kitablar " boş şeydir" deyən insanlara isə fikir verməməyi məsləhət görərdim. Çünki hər birimizin mənəvi dəstəyə ehtiyacı olur, özüdə hər bir vəziyyətdə. Bu kitabda məhz, insanda ilham qaynağını alovlandırır, insanı, edəcəyi işə dahada həvəsləndirir. Ki buda o işdən müsbət nəticə əldə etməsinə gətirib çıxarır. Çünki, hər bir halda sevgiylə, ilhamla, həvəslə görülən işlərin sonu müsbət nəticələnək.
Özünə Yox De!
Özünə Yox De!Nigar Mahi · Qanun Nəşriyyatı · 20239 okunma