Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
İnsan bədəni ən böyük gizli narkotik fabrikidir.
Bir vaxtlar çinlilər insanları və onların dünyalarını bir birindən ayıran sədd tikirdilər,indi isə həmin işin öhdəsindən heç də pis gəlməyən qulaqlıqlar düzəldirlər.
Reklam
- Tüstüsü xoşuma gəlir. Sadəcə, tüstünü xoşlayıram . Onun çıxmasını və göyə ucalmasını. Bu tüstü ilə birlikdə mənim xırdaca parçalarım da kosmosa uçur. Hətta mikroskopik molekullar boyda olsalar da , mənim hansısa parçam uçub ulduzlara qovuşur və bunu bilmək mənə xoşdur .
Sayfa 95
İnsanlar ideyaya deyil, öz eqolarına xidmət etmək istəyir, insanlar ideya ilə olmaq deyil ideyanı daşıyan şəxslə olmaq istəyir.
İnsanlar sadə deyil, mürəkkəb cavablar axtarırlar.Onlar o qədər öz qorxaq yalanlarında dolaşıblar ki, həqiqətin sadəliyini qəbul etməyə cəsarətləri çatmır.
Əgər Tanrı yoxdursa demək bütün mənəvi dəyərlər divarları sökülmüş evin qapısında "Giriş qadağandır" yazısından artıq bir şey deyil.
Reklam
Yeganə tək qala biləcəyiniz yer ayaqyolu idi, indi oraya da telefonla girirsiniz...
Sayfa 139Kitabı okudu
Heç vaxt insan olduğunuzdan utanmayın, çünki mələklərin əhatəsində deyilsiniz.
Sayfa 137Kitabı okudu
Bütün dünyadakı milçəkləri öldürmək qeyri-mümkündür. Amma öz otağınızdakını heç olmasa qova bilərsiniz.
Vau))
Qışqırmaq, bağırmaq və nifrət etmək lazım deyil, dövlət sənəd-sünəddən yığılmış bir idarə sistemidir, onunla sənəd-sünəd dilində danışmaq lazımdır. İnternet kəsiləndə notbukun başına qapaz vurmaqla internet əmələ gəlmir, gedib pulu ödəmək və yeni şifrəni yazmaq lazımdır. Bəs onda problemlərinizlə bağlı niyə bunu etmirsiniz?
Reklam
Doğrudan da onun sözlərindən sonra hiss elədim ki, bizim millətin özündədir passivlik. Heç kəs, heç nə eləmək istəmir. Ya da hamı cəmi bir şey eləmək istəyir. Evlənmək, ev almaq, maşın almaq. Bu qədər. Budur bizim himnimizin yeni sözləri. Bayrağımızda 3 rəng əvəzinə " ev" " maşın" "qız" sözləri olmalıdır.
Təhsil sistemi və iş elanları sizi ancaq könüllü qul olmağa çalışır. Bir az yemək və pul verirlər, amma həyatınız əlinizdən çıxır. Azadlığınız axşam aaat altıdan on birə kimi olur. Qalan vaxtlar siz robotsunuz... Hansısa firmanın, hansısa dövlət müəssisəsinin robotu...
Yəni demək istədiyim odur ki, sizin məqsəd və məramlarınız bir-birinizdən tam fərqli ola bilər. Kimsə dindardı. Kimsə ancaq seks istəyir, kimsə məşhur olmaq. Amma bütün vəziyyətlər üçün bir qızıl qayda var. O da məntiq. Məntiq insana öz məqsədinə çatmaq üçün optimal variantı göstərir. Dünyada hər şeyi hesablamaq, düşünmək, xırdalamaq və nəticəsini anlamaq olar. Təki bilin nə istəyirsiniz. Və istədiyiniz şeylərlə sizə sırıdıqları şeyin fərqini bilməyə çalışın.
Deyilənə görə Aristotel Məntiqi kəşf edəndən sonra qonaqlıq verir və bunun şərəfinə 40 qoyun kəsdirir. O vaxtdan qoyunlar məntiqi sevmir.
Mən müəyyən bir an anladım ki, özüm uğur qazanmalıyam və beynimdəki arzuları yerinə yetirməliyəm və bulənətəgəlmişdünyadaheçkəsmənəköməketməyəcək.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.