Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Leila Aliyeva

Leila Aliyeva
@realeilaliyeva
41 okur puanı
Aralık 2021 tarihinde katıldı
İnsan yeganə varlıqdır ki, zamanla evrimləşib təkamül səviyyəsini yüksəltmək yerinə, gün keçdikcə geriləyir. Araşdırdıqca öyrənmək yerinə, ilk rast gəldiyi məlumatı doğru hesab edir. Özünün belə dolğun informasiya sahibi olmadığı mətləbləri başqalarına təbliğ etmək xülyasına düşür. Beləliklə, doğru bilinən yalnışlar zincir olub ayağımıza dolanır. İnsan var ki, o insan… Öyrənmək üçün yaşamaqdansa, yaşamaq üçün öyrənir. Kəşf etmək yerinə, oturub kəşf edilməyi gözləyir. Oysa ki, nə yazıq… Yaşam eşqi ilə dolub yaşamaq nədir bilməyənlərə.
Reklam
Sonu bir heç isə yaranmışların, Mənası nə imiş yaranışların? Olmamış kimidir o, ancaq hərdən Küy salır ki, olub o, həqiqətən. Mən isə, bunları heç sayıb bütün, Əbədi boşluğu tuturam üstün! Keçmişdə son nəfəsdə çıxardı ruh bədəndən, İndi öz murdar mənzilindən ayrılmaq istəmir.
İşıqlı dünyanı tərk etdinsə də, tərk etməz şəfəqin nuru qəlbi. Taleyin arzularıntək həşəmətli, ruhun nəcib, nəğmələrin əzəmətliydi fərəhli gündə də, qəmli gündə də. Gəlmişdin dünyaya səadətçün, susdu xoş ilhamlı ömrün səsi. Susdusa da, səslər, duyulur uzaqlardan xəyalların ilıq nəfəsi. Öz gəncliyini özü məhv edən üçün boşdur lazımsız şeylər. Hanı o səndəki könül riqqəti, hanı o məğrur baxışlar, hanı o xoş sözlər? İstedadı cilovlamaq mümkün, ram etmək imkansız. Haradadır, sirri sənə məlum sözlər, qıfılı açılmamış kəlmələr? Yoxmu imdadına çatan, yar? Can atdım, qədərin qurduğu hər tora. Nifrət duydum, qərinələrin hökmünə. Cəsarətin gücü ilə fırtınalar qarşısında əyilmədin. Kim müvəffəq ola biləcək? Yenə taleyim susur, qatı dumanlar içində… Qəm-kədərin əydiyi bükük boyunlar qalxarmı heç? Danışan vicdan susar da, susmağa öyrənmiş vicdan səsi danışarmı heç? Xoşbəxtlik şansını itirmiş bir ömür, yaşanmağa dəyərmi heç?

Okur Takip Önerileri

Tümünü Gör
Yuxu tutmayan bütün gecələrin acığına, dərin bir yuxuya dalasan. Elə bir dərin yuxu ki, nə gələcəyin narahatlığı qaçırsın yuxunu, nə keçmişin yarıtanış xülyası. Elə dərin yatasan ki, heç bir dərdin gücü çatmasın sübhdən öncə oyadıb ağlatmağa. Yuxu deyirəm, elə dərin ola ki, fani həyatda gözlədiklərin gəldimi deyə oyanıb yoxlamayasan. Yuxu deyirəm,
64 syf.
·
Puan vermedi
Cömert Şarap
Cömert ŞarapItalo Svevo
6.6/10 · 208 okunma
Reklam
Evforion: Daha uzaqları görmək üçün, sən Daha yüksəklərə qalxasan gərək. Azadlıq istəyirsən, Qorxmaq nədir? Yelena və Faust: Yenicə göz açırsan Sən ki, dünyaya hələ, Bəs, bu başgicəlləndirən Arzular nədir, belə? Bəs, bizə acımırsan? Nədir bu coşqun həvəs? Biz yazıq deyilik, bəs?!
Evforion: Siz çox, mən tək köməksiz. Gəlin, şikar oyunu oynayaq indi də biz. Xor: Bizi tutmaqsa qəsdin, Yox, yox qaçma, tələsmə. Arzumuz, əvvəl-axır, Sənə şikar olmaqdır! Evforion: Asan əldə edilən ovla soyumaz ürək. Yelena və Faust: Bu nə özbaşınalıq, Nə çılğınlıqdır belə? Xor: Hamını ötdü, keçdi, Ən bərk qaçanı seçdi… Evforion gənc bir qızı qolundan tutub çəkə-çəkə gətirir: Bunu dil gücünə yox, Bax, zorla gətirirəm. Yaxın qoymasa da çox, Gücümü, iradəmi göstərmək istəyirəm! Qız: Dayan! Dəymə! Mənim də gücüm, iradəm var! Zəifəm? Qollarına etmə çox da etibar! Sıx bacardığın qədər… Səni əylənər, gülər, Yandıraram, ay axmaq!
Ölç-biç ! Həddindən artıq aludə olma ancaq ! Ümidsiz bir cəsarət, Oğlum, kimə gərəkdir? Çalış yıxılmayasan, Bu, bədbəxtlik deməkdir…
Ona görə işin əsl qorxunc tərəfi sevilməmiş olmaqdansa, sevə bilməmiş olmaq idi, şüphəsiz.
Bu qədər mövzu sözü edilən, şairlərin vazkeçilməz mövzusu olan eşq nədir, görəsən? Sadəcə bir qırıntımıydı eşq, yoxsa zəif kimsələrin həyatlarındakı boşluğa və ya qaçınılmaz cansıxıntısına qarşı qorunmaq üçün istifadə etdikləri bir yalanmı?
Reklam
250 syf.
·
Puan vermedi
·
180 günde okudu
Dəccal
DəccalFriedrich Nietzsche
8.1/10 · 4.049 okunma
“Yaşamağın heç bir mənası yoxdur” - deyə yaşamaq yaşamın mənası olmuşdur artıq.
Hara adət etsən, ora cənnətdir, Fikrin tərk etdiyin diyarda qalır.
Sayfa 359
Kütlə psixologiyası günümüzdə reallıqdır, “ətrafdakılar”-ın düşüncələri gündəlik yaşamda əsas təşkil edir. Lakin düşünürəm ki, insan öz düşüncələrini də lazımından çox ciddiyə almamalıdır. Yanılmaq da insana xasdır, nə də olsa. Duyğunun sadəcə o ana aid olduğunu, müəyyən müddət sonra xatırlanmayacağını (neçə gün və ya neçə il sonrası zamanın
“Gözlər danışmağa başladığı zaman hər şey susar.”
392 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.