Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ülvi Alışanov

264 syf.
·
Puan vermedi
Ah ,evet ! Bu mezarda ne denli tutkulu ,günahkar, isyankar bir yürek yatıyor olursa olsun ,üzerinde yetişen çiçekler gene de masum gözleriyle uysal ,sakin bakar bize : Yalnızca ebedi huzurdan , doğanın "kayıtsız" , büyük huzurundan değil ,ölümsüz barıştan, sonsuz yaşamdan da söz ederler.
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202144,9bin okunma
Reklam
96 syf.
10/10 puan verdi
Möhtəşəm, bir sözlə möhtəşəm. Allah , məntiq və inam üçlüyünü o qədər gözəl təhlil edir ki...Adından göründüyü kimi Tolstoy ilk öncə özünə , sonra da oxuculara bütün " həyat " -nı etiraf edir. Çox cəsurca yazılmış bir kitab və kimsənin cəsarət edə bilməyəcəyi monoloqlar ( xüsusilə də Tolstoyun yaşadığı dövrdə və o qaniçən katolik cəmiyyətinin içində ). Kitabı bitirəndə sadəcə tək olmadığımı və bəzi suallara heç zaman cavab tapmayacağımı bir daha acı şəkildə təcrübə etdim...
İtiraflarım
İtiraflarımLev Tolstoy · Antik Kitap · 201623,1bin okunma
341 syf.
9/10 puan verdi
" Kaş daha öncə oxuyaydım " ,- deyərəkdən təəssüflənirəm. Əslində Ömərdə keçmişimi tapdım ( bu səbəbdən də incələmə verib , özümü deşifre etmək istəmərəm ), Ömər çox sevir , sonda bunu bir daha təsdiq edir. Məcidə isə sevgidən deyil də , çarəsizlikdən onu seçir .( Ən azından mənim düşüncəm belədir ) Ömərdə izah edilə bilməyən və çoxumuzun içində olan bir şey var ; sevir , amma ilk fürsətdə xəyanət edər bəlkə də...Kitabı bir cümlə ilə xülasə etmək olar : Sevgi iradə ilə möhkəmlənmədiyi müddətcə dəniz kənarındakı qum üzərinə yazılmış yazı kimidir , ikinci dalğada mütləq silinəcək...
İçimizdəki Şeytan
İçimizdəki ŞeytanSabahattin Ali · Qanun Nəşriyyatı · 2019172,5bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
208 syf.
8/10 puan verdi
·
66 günde okudu
Dostoyevski sevənləri sevindirəcək bir əsərdi , sanki Qoqolun fantaziyası Dostoyevskinin reallığı ilə qarışdırılıb və ortaya çox gözəl bir kitab çıxıb. Yalnız yaşayan və əylənməkdən uzaq , ülgücü boğazından çəkməyən , amma ölməyə də cəsarət edə bilməyən bir " yalquzağ"ın əyləncə , ehtiras və gülüş dolu bir həyata inteqrasiyasından bəhs edir. Kitabı bitirdikdən sonra özümdə son aylarda baş qaldıran fikiri bir daha da təsdiqlədim - gülümsə , gülümsə və heç nəyi ciddiyə alma .O an gələcək ki , hansısa böcəyin şam yeməyi olacaqsan və bu mütləq olacaq. Belə bir halda hamı üçün ən yaxşı seçim YALQUZAQ olmamaqdı ( baş qəhrəmanı tanıyanda daha yaxşı başa düşəcəksiniz bu yazdığımı ).
Yalquzaq
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20137,8bin okunma
77 syf.
10/10 puan verdi
·
18 saatte okudu
Laqeydlik cəmiyyətdə " sağlam " adlandırılan xarakterə və düşüncəyə gətirib çıxarır. Dəli hesab olunmamaq istəyirsənsə laqeyd olmalısan , hər kəs nə edirsə təqlid etməlisən , ən əsası da heç bir ruhi xəstəylə kontakta keçməməlisən ))) #sarkazm
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Karbon Kitaplar · 201870,3bin okunma
Reklam
61 syf.
·
Puan vermedi
·
30 saatte okudu
Təbii ki , qısqanclığın altında bir səbəb həmişə olur və o səbəb bəzən psixoloji problemlərdən bəzən isə həqiqətdən qaynaqlanır , amma , çox təəssüfki , nəyinki qısqanclıqdan qudurmuş bir insan , ən təmkinli insan belə bu iki tip hissi ayırd edə bilməz . İvan Andreyviç bir əjdaha xarakterdi , heyhat , Dostoyevski sadəcə bu əsərlə kifayətlənib , Andreyviç haqda yazmaqda.
Başkasının Karısı
Başkasının KarısıFyodor Dostoyevski · Helikopter Yayınları · 20174,370 okunma
95 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
•Xoşbəxtlik öyrəşilməyən bədəndə bədbəxtliyə belə səbəb ola bilər. •Əsası, heç bir şeyi gözündə böyütmədən sadəcə zamanı gələnə kimi yaşa. •İnsanlardan çox şey gözləmə , hələ də anlayış.
Kırılgan Bir Yürek
Kırılgan Bir YürekFyodor Dostoyevski · Helikopter Yayınları · 20174,050 okunma
88 syf.
9/10 puan verdi
·
3 günde okudu
Səmimiyyət olan yerdə hörmət , laqeydliklə əvəz olunur...
F.M.Dostoyevski bu hekayədə sərxoş bir adamın yaşadığı hissləri çox gözəl təsvir etmiş və şərabın bizə nə etdiyini çox sadə və maraqlı bir dillə göstərmişdir. Əsas da çıxarılacaq nəticə "səmimiyyət" hörmətin qayçısıdır deyə bilərik. Hegemonluq bir rəisdən özlərinin belə fərqində olmadan işçilərin tələb etdiyi ən böyük möhvumdur. Təəssüfki , lazımi hörmət göstərdiyin səmimiyyətlə yox məhz qərəz və hegemonluqla düz mütənasibdir.
Nalayiq Lətifə
Nalayiq LətifəFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20195,1bin okunma
225 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Hər zaman tək çarəmiz öz daxilimizdə gizlənir.
Verter 15-20 gün antidepressant atıb , 21 gün mütəmadi meditasiya etsə bu hadisələrin heç biri baş verməzdi. Çünki verterin bütün problemləri beynindəki serotonin disbalansı nəticəsində yaranırdı. Lottanın eşqindən dəli olmuş digər bir adam haqda Verterin düşündüyü kimi "sən çox xoşbəxtsən ki , bütün problemlərini beynin və ürəyinlə əlaqəli yox , əksinə maddiyyatla əlaqələndirirsən"...Xaricdən başqasını izləyib məsləhət vermək , məzəmmət etmək nə qədər asandır , iş özümüzə gəldikdə isə büdrəyirik , heyhat....
Gənc Verterin İztirabları
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0121,6bin okunma