Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Jale Aslanova

Jale Aslanova
@yalnizyolcu_
168 syf.
·
Puan vermedi
·
16 günde okudu
Nihan Kayadan oxuduğum ikinci kitabdı.Bu kitabda da az qala hər sətiri çəhrayı rəngli markerimlə rəngləmək istəyirdim.Türkiyə ilə Azərbaycan arasında dil ilə yanaşı, mədəniyyət, adət-ənənə, mentalitet baxımından yaxınlıq var.Bu səbəbdən kitabda əslində öz ölkəsindəki qəlibləşmiş səhv düşüncələri, davranışları,artıq dəyişməsi gərəkən, insanların durub sorqulaması gərəkdiyi adət-ənənələri, qeyd edilən bayramları,xüsusi günləri əks etdirib ,təhlil və tənqid etsədə, kitabında əks etdirdiklərini heç yadırğamadım.Çünki bunlar -tənqid və təhlil etdiyi hər şey Azərbaycanda da var. Əslində əvvəldən məndə biznesə çevrilməsi və digər səbəblərdən istər sünnət,olsun istər toy və digər mərasimlərə qarşı ön yarqı formalaşmışdı. Bu kitabla isə artıq fikirlərim daha da möhkəmləndi və həmçinin yeni baxışlar qazandım.Nihan Kaya Kaya həyatı, yaşadığı cəmiyyəti sorgulayaraq,həm bunu etmək istəyən insanlara cəsarət verir, həm də insanları maarifləndirir.Bu səbəbdən ona olduqca minnətdaram.
İyi Toplum Yoktur
İyi Toplum YokturNihan Kaya · İthaki Yayınları · 20192,992 okunma
Reklam
432 syf.
·
Puan vermedi
·
9 günde okudu
Kitabın bir çox yerində insan(ən azından mən) sinir krizləri keçirir. Görünürdə qatil bir qadın olsada,bütün törədilən qətllərin səbəbkarı bir kişinin iyrənc xislətinin səbəb olduğu travma ilə pozulmuş psixologiyadı.Artıq kitabın yarısında qatilin kim olduğunu bilirdim, amma bununla belə kitab məni təəccübləndirməyi bacardı.Detektiv romanlarda bəzən olur axı, qatil olaraq bir insan hədəf göstərilir ,lakin sonda insanın ağlına gəlməyəcək, hətta ən çox güvəndiyi obraz olur.Yetəri qədər detektiv əsər oxumuş biri olaraq, hər zaman detektiv əsərlərdə bunu diqqətdə saxlayıram.Bu kitabda da gözlədiyim kimi idi,amma eyni zamanda deyildi.
Karga Kız
Karga KızErik Axl Sund · Pegasus Yayınları · 2018198 okunma
448 syf.
·
Puan vermedi
·
4 günde okudu
#Spoiler##
Kurguda boşluqlar vardı, ya da boşluqların doldurulması oxuyucunun xəyal dünyasına buraxılırdı...Kitabı tövsiyə ilə , mövzusuna görə oxumağa başladım... Kitab deyərdim gözləntilərimi qarşılamadı.Suallarıma cavab tapmadım(Əsas məsələ kölgələr niyə yoxa çıxır,niyə bəzilərində yoxa çıxarkən , bəzilərində yoxa çıxmır)...və sonu məni həqiqətən hüsrana uğratdı...Yəqinki kitabın davamı gələcək , əgər gəlməyəcəksə mənə görə uğursuz bir kitab oldu.
The Book of M
The Book of MPeng Shepherd · Ephesus Yayınları · 20192,496 okunma